“Yelo Bank“da çənə sındıran filial müdiri...
İmamoğlu ilə bağlı həbs qərar yoxdur - Prokurorluq
Yağıntılı və küləkli hava davam edib
Azərbaycanda müavinət və təqaüdlər artacaq
Mübarizəni davam etdir! - CHP-dən açıqlama
Rusiya Kiyevə kütləvi hava hücumu həyata keçirib
İmamoğlu və 90 şübhəlinin dindirilməsi başladı
Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...


15.11.2023  18:00 

Biz silah və hərbi texnika əldə etməyə çalışırıq - Paşinyan





A+  A-

“Biz bu barədə planlaşdırmırıq və düşünmürük. Demək istərdim ki, biz bundan imtina etməmişik, lakin müxtəlif səbəblərdən bu tədbirlərə qatılmamaq qərarına gəlmişik. O ki qaldı mən nəyəsə zəmin hazırlayıram, mən heç nəyə zəmin hazırlamıram, çünki hazırlığımızdan asılı olmayaraq ya var, ya da yoxdur”.

Xəzərnews.az erməni mediasına istinadən xəbər verir ki, bu sözləri noyabrın 15-də parlamentin iclasında Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan “Ermənistan” blokundan olan deputat Aqnes Hamoyanın suallarını cavablandırarkən deyib.

Paşinyan bildirib ki, mövqelərimizlə bağlı ən mühüm fakt ondan ibarətdir ki, təəssüf ki, KTMT de-yure məcburi öhdəliklərinə baxmayaraq, Ermənistanın təhlükəsizlik çağırışlarına adekvat reaksiya verməyib. Bu bir neçə dəfə baş verib. Bütün həmkarlarımıza hörmətlə bildiririk ki, niyə biz hər dəfə ora gedib heç bir cavab almadan eyni şeyi təkrarlayırıq, sonra qayıdırıq? Növbəti dəfə hər şey yenidən təkrarlanır.

Ən böyük fundamental problem ondan ibarətdir ki, KTMT de-yure faktiki olaraq Ermənistanda öz məsuliyyət zonasını qeydiyyatdan keçirməkdən imtina edir. Bu isə o demək ola bilər ki, biz bu şərtlər daxilində tədbirlərdə səssiz-səmirsiz iştirak etməklə Ermənistanın ərazi bütövlüyünü və suverenliyini hansısa formada şübhə altına alacaq məntiqi nəticəyə qoşula bilərik. Biz bunu ödəyə bilmərik.

Biz özümüzə və KTMT-yə gələcək planlar haqqında düşünmək üçün vaxt vermək üçün belə qərarlar qəbul edirik”.

Paşinyan Ermənistanın KTMT missiyasını Ermənistana göndərməkdən imtina etmədiyini də bəyan edib:

“Biz dedik ki, missiyanı hara göndərirsən, lütfən, təmsil etdiyin Ermənistanı bizə göstər, göstərməyiblər. KTMT bunu etməyib, ona görə də biz belə bir missiyanı qəbul edə bilmərik, çünki belə çıxacaq ki, biz Ermənistanın bulanıq imicini qanuniləşdiririk, həm də Azərbaycanın işğalını qanuniləşdiririk.

Mən çox aydın şəkildə dedim ki, biz təhlükəsizlik sahəsində əlaqələrimizi şaxələndiririk, çünki tərəfdaşlarımız, o cümlədən obyektiv səbəblərdən bizə silah və sursat sata bilmirlər. Biz başqa təhlükəsizlik tərəfdaşları axtarırıq və tapırıq, müqavilələr bağlamağa, silah və hərbi texnika əldə etməyə çalışırıq.

Strateji baxımdan biz KTMT-dən çıxmaq qərarına gəlməyincə siyasətdə dəyişiklik elan etməyəcəyik”.

Xəbər 10180 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...

22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +