Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


05.01.2023  12:06 

“Media münaqişəsi iki ölkənin xeyrinə deyil“ - Amili





A+  A-

"Azərbaycanın xarici işlər nazirinə bu həftə iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması üçün təqdirəlayiq bəyanatlarına görə təşəkkür edirəm".

XəzərNews.az yenisabah.az-a istinadən xəbər verir ki, bunu İranın Ərdəbil vilayətinin imam-cüməsi Seyid Həsən Ameli bildirib.

O, sosial şəbəkə hesabında qeyd edib: "Mən Azərbaycan hökumətinə xeyirxahlıqla demək istəyirəm ki, iki ölkə arasında media münaqişəsi iki ölkənin xeyrinə deyil.

Azərbaycanın dövlət məmurlarının media münaqişəsinə qoşulması qətiyyətlə yanlışdır. Mübahisə üçün heç bir səbəb yoxdur".

Xatırladaq ki, bu yaxınlarda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib: "Ölkəmiz İranla münasibətləri gərginləşdirməkdə maraqlı deyil".

Bundan sonra İran səfiri Abbas Musəvi Prezidenrin köməkçisi Hikmək Hacıyevlə görüşüb. Həmin görüşdən sonra səfir Tehrana yollanıb və İran XİN-in rəhbəri Hüseyn Əmir-Abdullahianla ikitərəfli münasibətlərə dair hesabat təqdim edib.

Xəbər 2154 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +