Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


10.11.2022  15:01 

Samurda Azərbaycana keçmək üçün 2000-dən çox yük maşını növbə gözləyir - Haqlarımızı tələb edən də basıb döyürlər...





A+  A-

“Hazırda Samur keçid məntəqəsinin Rusiya tərəfində (Məhərrəm kənd) Azərbaycana keçmək üçün 2000-dən çox nəqliyyat vasitəsi növbə gözləyir”.

Bu barədə açıqlamanı XəzərNews.az-a hazırda növbədə gözləyən və adının çəkilməsini istəməyən sürücülərdən biri verib.

Sürücü qeyd edir ki, artıq 7-ci gündür keçid üçün növbə gözləyirlər: “Demək olar ki, işləmirlər. Dağıstan, daha doğrusu rus nömrə nişanlı yük maşınlarını maneəsiz buraxırlar, Azərbaycan maşınlarını isə günlərlə burda saxlayırlar. Baxan yoxdur, hər dəfə bir bəhanə ilə günlərlə burda qalırıq. Haqlarımızı tələb edən də basıb döyürlər, bizə yiyəsiz millət kimi baxırlar. Belə olmaz axı... Biz də insanıq, apardığımız yükü mənzil başına çatdırmalı, evimizə getməliyik. Gah təmir, gah yoxlama adı ilə yalnız Azərbaycan və digər tranzit maşınlarına bu növbə tətbiq olunur. Əgər həqiqətən də təmir gedirsə, onda hamıya tətbiq olunsun. Niyə rus nömrəli yük maşınları adi qayda ilə işləməkdə davam edir?”.

Xatırladaq ki, Rusiya Federasiyası Nəqliyyat Nazirliyi bunun səbəbini Yaraq-Kazmalyar sərhəd-keçid məntəqəsində hərəkət sxemindəki dəyişiklikə izah edir. Bildirilib ki, dəyişikliyə səbəb Rusiyaya gedən iritonnajlı yük maşınlarının çoxluğu olub. Həmçinin, dəyişikliyin noyabrın 17-nə kimi tətbiq ediləcəyi vurğulanıb.

Yusif Əli
XəzərNews.az



Xəbər 935 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +