Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


20.08.2021  14:18 

“Pasportu olmayanlar onlayn xidmətlərdən yararlana bilər”





A+  A-

“Vaksinlərə qarşı əks göstərişləri olan, lakin hələ “Əks göstəriş sertifikat”ını ala bilməyən şəxslər bəzi xidmətlərdən, o cümlədən, DOST mərkəzinin xidmətlərindən onlayn qaydada yararlana biləcəklər”.
XəzərNews.az xəbər verir ki, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov bildirib. O qeyd edib ki, sentyabrın 1-dən etibarən ictimai iaşə müəssisələrində, mehmanxanalarda və iri ticarət mərkəzlərində göstərilən xidmətlərdən yalnız vaksin pasportu və ya əks göstəriş sertifikatı olan şəxslər yararlanacaq. Amma onlayn xidmətlərlə bağlı məhdudiyyət yoxdur: “Onlayn xidmətlər hamıya göstərilir, fiziki olaraq gəlməyə məhdudiyyət qoyula bilər. Kimin pasportu yoxdursa, onlayn xidmətdən yararlana bilər”.

Qeyd edək ki, avqustun 9-dan etibarən ölkədə istifadəsinə icazə verilən vaksinlərə qarşı əks göstərişləri olan şəxslərə “Əks göstəriş sertifikat”ının verilməsinə başlanılıb. Sentyabrın 1-dən ictimai iaşə müəssisələrində, mehmanxanalarda və iri ticarət mərkəzlərində göstərilən xidmətlərdən yaşı 18-dən yuxarı olan şəxslər yalnız COVİD-19 pasportu olduğu halda istifadə edə biləcəklər.

Xəbər 2827 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +