Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


07.08.2020  15:42 

Beyrutda ölənlərin sayı 150-ni keçdi - Yenilənib





A+  A-

Avqustun 4-də Beyrutun dəniz limanında baş vermiş partlayış nəticəsində ölənlərin sayı artır.
XəzərNews.az xəbər verir ki, Beyrutda azı 149 nəfər ölüb, 5 mindən çox insan yaralanıb. Daha əvvəl 145 nəfərin öldüyü bildirilirdi. Partlayış dalğası Beyrutda yüzlərlə binanı dağıdıb və ya zədələyib. Habelə 300 mindən çox insan evsiz qalıb.

Livan Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, partlayış 2 min 750 ton ammonium nitratın qaynaq işləri zamanı yanması səbəbindən baş verib. Altı il öncə gömrük xidmətinin müsadirə etdiyi ammonium nitrat limanın anbarında saxlanılırmış. Hadisə ilə əlaqədar liman administrasiyasının 16 əməkdaşı, o cümlədən direktoru saxlanılıb.

***

Beyrut limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 154 nəfərə çatıb. Bu barədə Livanın Səhiyyə naziri Həmid Həsən açıqlama verib. O bildirib ki, xəstəxanalara yerləşdirilən 120 nəfərin vəziyyəti ağır olaraq qalır, bu səbəbdən ölüm sayının artacağı gözlənilir.



Xəbər 2073 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +