Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


04.08.2020  15:21 

Tramp ABŞ tarixinin ən böyük səhvini açıqladı





A+  A-

ABŞ Prezidenti Donald Tramp ölkənin bütün tarixi boyu etdiyi ən böyük səhvi açıqlayıb.
XəzərNews.az xəbər verir ki, Tramp bu barədə HBO YouTube kanalında yayımlanan “Axios” verilişinə verdiyi müsahibədə danışıb.

“Yaxın Şərqə qoşun göndərmək və özümüzü bölgədəki münaqişələrə sürükləmək qərarı ölkəmizin tarixində ən böyük səhv idi”,- deyə Tramp qeyd edib.

Trampın fikrincə, əvvəlki ABŞ liderləri ümumiyyətlə Yaxın Şərqə “gəlməməli” idilər. Prezident özünün də bu bölgədəki insanların təhlükəsizliyini təmin etmək üçün çox şey etdiyini və İŞİD lideri Əbu Bəkr əl-Bağdadini aradan götürdüyünü xatırladıb.

Qeyd edək ki, Tramp dəfələrlə ABŞ-ın Yaxın Şərqdəki silahlı münaqişələrə öz iştirakı ilə son qoymaq istədiyini bildirib.



Xəbər 2229 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +