Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


29.05.2019  22:15 

Saakaşvili Ukraynada izdihamla qarşılandı - VİDEO





A+  A-

Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Ukraynaya qayıdıb.
XəzərNews.az xəbər verir ki, artıq onun təyyarəsi Kiyevin Borispol hava limanına eniş edib. M. Saakaşvilini hava limanında izdihamla qarşılanıb. Onun görüşünə Gürcüstan və Ukrayna bayraqları tutmuş yüzlərlə insan, onlarla jurnalist gəlib. Saakaşvilinin şərəfinə musiqi səslənib, toplananlar bir neçə dəfə Ukrayna himnini oxuyublar.

Hava limanında çıxış edən Saakaşvili bildirib ki, buraya qisas almaq, kimisə cəzalandırmaq, dağıtmaq üçün qayıtmayıb: “Mən mehriban ukraynalılarla, yeni prezident, yeni komanda ilə birgə yeni Ukraynanın qurulmasında iştirak etmək istəyirəm”.

Siyasətçi əlavə edib ki, Ukraynada heç bir mövqe axtarmır: “Heç bir seçkiyə getməyəcəm”.

Saakaşvili bildirib ki, Vladimir Zelenskiyə kömək etməyə hazırdır: “Əgər ona mənim köməyim lazım olsa, kömək etməyə hazıram”.

Qeyd edək ki, Ukraynanın yeni prezidenti Vladimir Zelenski Mixeil Saakaşviliyə Ukrayna vətəndaşlığını geri qaytarıb.



Xəbər 1535 dəfə oxunub.





21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +