Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


04.04.2017  14:09 

“Dövlət qurumları at və eşşək əti satanlardan haqq alır” - Deputat





A+  A-

Milli Məclisin deputatı Fazil Mustafa Azərbaycanda son günlər yaranan at və eşşək əti qalmaqalıyla bağlı sərt ittihamlarla çıxış edib.
XəzərNews.az-ın məlumatına görə, BakiPost.az-a açıqlama verən millət vəkili deyib ki, aidiyyəti qurumlar, bu işə nəzarət edən dövlət təşkilatları at və eşşək əti satanlardan haqq alır: "Qanunvericiliyə görə belə işlərlə məşğul olanları cəzalar gözləyir. Lakin aidiyyəti qurumların səhlənkarlığı, yaxud da üzgörənliyi ucbatından vətəndaşlarımızın həyatını təhlükəyə atan, insanlara murdar ətlər yedirdən insanlar nəinki məsuliyyətdən yaxa qurtarır, hətta illərlə öz əməllərini davam etdirə bilirlər. Hamı bilir ki, harda nə kəsilir, niyə kəsilir. Sadəcə kimsə vaxtında "nəyisə” çatdırıb verə bilmir, ona görə də nəzarət edən qurumlar tərəfindən ifşa olunur”.

F.Mustafa bu problemin Milli Məclisdə qaldırılacağını bildirib: "Əhaliyə at və eşşək ətlərini başqa mal-heyvan əti əvəzinə yedirirlər. Bu da çox təhlükəli bir tendensiyadır. Hesab edirəm ki, cəmiyyətdə buna qarşı müəyyən səslər yüksəlməlidir. Çünki bu, insanların qida zəhərlənməsinə səbəb ola bilər.

Milli Məclisdə də bu məsələ qaldırılacaq. Amma bu, məsələnin yekunu deyil. Qurumlar var ki, onlar öz vəzifələrini yerinə yetirməlidir. Hüquq-mühafizə orqanları da bu işlərə nəzarət edən qurumlara xəbərdarlıq etməlidir”.

Xəbər 2335 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +