Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


03.04.2017  15:54 

56200 abituriyent sənəd verib





A+  A-

Ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 2017-ci il aprelin 4-dək davam edəcək.
Dövlət İmtahan Mərkəzindən XəzərNews.az-a verilən məlumata görə, abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizetex/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər (etdirirlər). Saat 14:15-ə olan məlumata əsasən, 14000 nəfər elektron ərizəsini təsdiq edib. Qeyd olunan tarixə qədər elektron ərizəsinin təsdiq edilməsini təmin etməyən şəxslər imtahana buraxılmırlar.
Ali təhsil müəssisələrinə və tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu isə 2017-ci il aprelin 10-dək davam edəcək. Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər (etdirirlər). Saat 14:15-ə olan məlumata əsasən, I-V ixtisas qrupları və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən 56200 nəfər elektron ərizəsini təsdiq edib. Aprelin 10-dək elektron ərizəsinin təsdiq edilməsini təmin etməyən şəxslər imtahana buraxılmırlar.
Tələbə qəbulu haqqında elan, şəxsi kabinetin yaradılması və istifadə qaydası, elektron ərizə verən abituriyentin təlimatı, “Abituriyentin elektron ərizəsi” formasının doldurulma qaydası, tələb olunan arayış formaları “Abituriyent” jurnalının 2 saylı buraxılışında və dim.gov.az saytında verilib.

Xəbər 1956 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +