Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


03.04.2017  13:08 

Ermənistan parlamentinə seçkilərin yekun nəticəsi açıqlandı





A+  A-

Ermənistan Mərkəzi Seçki Komissiyası 2009 məntəqəsinin hamısında seçki bülletenlərini sayıb.
XəzərNews.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, Ermənistanın hakim Respublikaçılar Partiyasına seçkidə iştirak edən seçicilərin 49,12 faizi səs verib.
Qanunverici orqanda yer almaq üçün partiyalar 5, partiya blokları isə 7 faizlik həddi aşmalıdırlar.
Məlumata görə, siyasi partiya və bloklara verilən səslərin yekunu aşağıdakı kimidir:
"Tsarukyan" bloku - 27,32 faiz (428 965 səs), "Çıxış" bloku - 7,77 faiz (122 049), “Daşnaksütyun” Partiyası 6,57 faiz (103 173), "Erməni dirçəlişi" Partiyası - 3,71 faiz (58 277), "Ohanyan-Raffi-Oskanyan" bloku - 2,7 faiz (32 504), “Ermənistan Xalq Partiyası - Konqres” bloku - 1,65 faiz (25 975), "Azad demokratlar" Partiyası - 0,94 faiz (14 746), Ermənistan Kommunist Partiyası - 0,75 faiz (11 745 )
Xatırladaq ki, aprelin 2-də Ermənistanda parlament seçkiləri keçirilib. Seçkilərdə beş partiya və dörd partiya bloku iştirak edib.
Qeyd edək ki, yekun nəticələr açıqlandıqdan altı gün sonra parlamentdə sabit əksəriyyəti (yerlərin 54%-i) yaratmaq mümkün olmasa, seçkilərdən sonrakı 28-ci gün ilk mərhələdə ən çox səs yığmış 2 partiya arasında ikinci turun səsverməsi keçiriləcək. Seçkilərin yekun nəticələri səsvermə prosesi başa çatandan sonra bir həftə ərzində açıqlanacaq.

Xəbər 1547 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +