Tikinti sektorunda Təhməzlilər imperiyası...
Ukrayna PUA-ları Bryanskı hədəf aldı: 18 ev yandı
Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?


01.06.2023  13:16 

“Norveçə gözəl təəssüratlarla qayıdacağam” - Babək Azəroğlu





A+  A-

Hər il müstəqillik günü ilə bağlı Norveçdə müxtəlif tədbirlər düzənlənir. Norveçdə yaşayan Azərbaycan diasporu Vətənimizin qan yaddaşı ilə bağlı günlərdə və dövlət bayramlarında hər zaman bir araya gəlir və bu təqvimləri təntənə ilə qeyd edir. Bu il isə milli dövlət bayramımızı Bakıda qeyd etdim.

XəzərNews.az xəbər verir ki, bu sözləri “Xalq qəzeti”nə Güney azərbaycanlı mühacir, Norveç Krallığında Azərbaycan diasporunun fəal üzvü Babək Azəroğlu deyib.

O qeyd edib ki, Bakıda 28 May günü xüsusi qeyd edilir:

“Hər tərəf milli bayraqlarla bəzədilir. Əlavə olaraq dövlət tədbirləri keçirilir. Şəhər sanki bayram libasına bürünür. 28 May Azərbaycan tarixində xüsusi önəm daşıyan gündür. Bu tarixdə, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaranmışdır. Artıq 105-ci ilini qeyd etdiyimiz bu təqvim günündə Azərbaycanı müstəqil, güclü dövlət kimi görmək hər birimizi sevindirir. Başda qurucu babalarımız olmaqla hər birinin ruhu şad olsun”.

Diaspor nümayəndəsi əlavə edib ki, bu il Azərbaycanda həm də dahi dövlət xadimi Heydər Əliyevin 100 illiyi qeyd olunur:

“Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında danılmaz xidmətləri vardır. Biz Güney azərbaycanlı fəallar hər zaman onun böyük şəxsiyyət olduğunu, ölkəsi üçün böyük fədakarlıqlar göstərdiyini qeyd edirik. Artıq bir neçə tədbirdə iştirak etmək üçün dəvət almışam. Hesab edirəm ki, Bakıya budəfəki səfərim olduqca yerinə düşüb və mən Norveçə gözəl təəssüratlarla qayıdacağam”.

Xəbər 1133 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...


BÜTÜN XƏBƏRLƏR +