Tikinti sektorunda Təhməzlilər imperiyası...
Ukrayna PUA-ları Bryanskı hədəf aldı: 18 ev yandı
Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?


04.04.2018  09:26 

Üzümüzdə niyə gülüş yoxdur?





A+  A-

Hələ qədim vaxtlardan Qafqazda, o cümlədən Azərbaycanda, yazılmamış qanunlar var: kişinin baxışları ciddi olmalı, qadınlar isə evdən kənarda yad insanlara gülümsəməməlidirlər. Ya qaşqabaqlılıq “səbəbsiz gülüş axmaqlıq əlamətidir” məşhur atalar sözünə əsaslanır, ya da insanlar həyatın gözəlliklərini artıq görmürlər...
XəzərNews.az xəbər verir ki, bununla bağlı Oxu.Az Ümumrusiya psixoterapevtik liqasının həqiqi üzvü, azərbaycanlı psixoloq Vəfa Əkbərə müraciət edib.

Psixoloq nə üçün azərbaycanlılar az gülümsəyirlər sualına cavab olaraq 4 mülahizə səsləndirib.

1. Gülüş heç də həmişə nəzakət əlaməti deyil. Qərbdə nəzakətli insan görüş zamanı həmişə gülümsəyir. Beləcə nə qədər çox gülümsərsə, o qədər xeyirxah olduğu qəbul edilir. Bizim xalq üçün təbəssüm ilk növbədə şəxsi rəğbət işarəsidir.

2. Bizdə əsasən tanış insanlara gülümsəyirlər. Məhz buna görə də, xüsusilə satıcılar, ofisiantlar, metro işçiləri müştərilərə nadir hallarda gülümsəyirlər.

3. Azərbaycanlılar təbiətcə çox şən və gülərüz insanlardır. Amma görünür ki, illərlə yuxarıda misal çəkdiyimiz atalar sözü bizə şüuraltı təsir edərək indi olduğumuz insanlara çevirir. Yaponiyada hətta metroda və digər ictimai yerlərdə qaşqabaqlı gəzən insanlar cərimə olunurlar. Yaponlar əmindirlər ki, bununla onlar bir-birlərinin auralarını korlayırlar.

4. Azərbaycanda qərb və digər dünya ölkələrindən fərqli olaraq, hesab edirlər ki, təbəssüm səmimi olmalıdır. O, mehribanlıq və xoş əhval-ruhiyyənin göstəricisidir.

Beləliklə, əgər sizə əcnəbi gülümsəyirsə - aldanmayın, amma əgər sizə azərbaycanlı gülümsəyirsə, əmin ola bilərsiniz ki, o həqiqətən də sizin xoşunuza gəlmək istəyir.

Xəbər 1695 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...


BÜTÜN XƏBƏRLƏR +