İşbazlar da Həccə adam aparır - AÇIQLAMA
Ölkədə faktiki hava açıqlandı
Hizbullah “silaha” əlvida deyir?
Bu gün 51 mindən çox şagird imtahan verəcək
Xaçmazda yeniyetmə qız itkin düşüb
Bakıda itkin düşən məktəbli tapıldı - Yenilənib
Maşın svetofora çırpıldı - QƏZA
Prezident Avropa Şurasının baş katibi ilə görüşüb
Araq beyninizi belə zədələyir - ARAŞDIRMA
Mövqelərimiz atəşə tutuldu


01.08.2017  18:29 

Azərbaycan TV-ləri “Qarabağ”ın oyununu yayımlamaqdan niyə imtina etdilər - AÇIQLAMA





A+  A-

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin “Şerif” – “Qarabağ” matçı Azərbaycanda canlı yayımla nümayiş etdirilməyəcək.
XəzərNews.az xəbər verir ki, bu haqda Qol.az-a eksklüziv açıqlamasında “Şerif” şirkətinin (“Şerif” klubu bu şirkətə tabedir) teleyayım məsələlərinə məsul olan rəsmi nümayəndəsi Yevgeni Raşkovan məlumat verib. Onun sözlərinə görə, yayımla əlaqədar Azərbaycandan heç bir telekanal onlara müraciət etməyib:

“Hətta bundan sonra müraciət olunsa belə, oyunun göstərilməsi texniki tərəfdən mümkün deyil”.
Y.Raşkov yayıma görə Azərbaycan tərəfdən 100 min dollar tələb olunması ilə bağlı xəbəri şərh etmək istəmədiyini söyləyib. Bununla belə, o deyib ki, hələ ilk matçdan əvvəl “Şerif” Moldovadakı cavab oyunu üçün qarşı tərəfdən 50 min dollar tələb edib:

“Cavab oyununun qiyməti ilə bağlı heç nə deyə bilmərəm. Azərbaycandan hec bir telekanal oyuna görə bizə müraciət etmədi. Ümumiyyətlə, bu məsələ hələ ötən həftənin 4 ya 5-ci günü həllini tapmalı, müqavilə bağlanmalı idi. İndi oyunun başlamasına bir neçə saat qalıb. Bundan sonra matçın yayımı texniki tərəfdən də mümkün deyil”.
“Şerif” rəsmisi bildirib ki, hələ ilk oyundan əvvəl “Qarabağ” klubu onlara oyunların qarşılıqlı şəkildə pulsuz yayımlanması üçün müraciət edib:

“Amma biz “Qarabağ”ın bu şərtini qəbul etmədik. “Şerif” – “Qarabağ” oyunu sıradan matç deyil. Biz bu oyundan həm də maddi olaraq qazanmaq istəyirik. Amma dediyim kimi, Azərbaycan tərəfdən hec kim bizə müraciət etməyib”.
“Şerif” rəsmisi oyunun Moldovanın CTB telekanalı və moldfootball.com saytı vasitəsi ilə canlı nümayiş etdiriləcəyini deyib.

Xatırladaq ki, "Şerif" - "Qarabağ" oyunu bu gün Bakı vaxtı ilə saat 21.00-da başlanacaq.

Xəbər 1707 dəfə oxunub.



13.04.2025  11:57 

Ölkədə faktiki hava açıqlandı

12.04.2025  10:32 

Mövqelərimiz atəşə tutuldu

11.04.2025  19:36 

Bu qurumun 4 milyon vergi borcu var

11.04.2025  19:30 

Borca görə intihara cəhd etdi

11.04.2025  16:32 

“Bolt” yalan danışır?

11.04.2025  14:05 

Sabahın havası: Yağmursuz...


BÜTÜN XƏBƏRLƏR +