Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


29.09.2021  17:53 

Polis rəisinin sürücüsü məktəbliyə təcavüz edib - Bakıda





A+  A-

Bakıda 41 yaşlı kişi azyaşlı qıza qarşı əxlaqsız hərəkətlər etdiyinə görə məsuliyyətə cəlb edilib. XəzərNews Oxu.Az-a istinadən xəbər verir ki, hadisə bir neçə ay əvvəl baş verib.

İş üzrə zərərçəkmiş uşaq Səbail rayonunda yerləşən məktəblərdən birinin 11 yaşlı şagirdidir.

Hadisə Bakının mərkəzində - Xaqani küçəsində baş verib. Zərərçəkmişin atasının şikayəti əsasında təqsirləndirilən şəxs həbs edilib.

R.M. barəsində Cinayət Məcəlləsinin 153.2-ci (on dörd yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər) maddəsi cinayət işi başlanılıb. Ona Səbail Rayon Məhkəməsinin hökmü ilə 1 il 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

R.M. barəsində cinayət işi açılandan sonra o, işdən də çıxarılıb.

R.M. vəzifəsindən azad olunanadək Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin rəisi Rəşad Əhmədzadənin sürücüsü olub. R.Əhmədzadə hazırda Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin rəisi vəzifəsində çalışır.

XəzərNews

Xəbər 1778 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +