“DOST“ 3.3 milyonluq tenderini də bu şirkətə verdi
Xəstənin ayaqları göydə... - Həkimlər bunu da etdi
Ukrayna “Lukoyl” Neft Emalı Zavodunu vurdu
FHN “Xəmsə” şadlıq evinin fəaliyyətini dayandırdı
Xəzər Universitetinə rektor əvəzi təyin olunub
Ruslar Donetsk və Kurskda irəliləyirlər - Açıqlama
Bazar ertəsi yaxşı xəbər olacaq - Tramp
Bəşir Süleymanlı həbs edilib
Onlar Baş Prokurorluğa çağırılıb?
Saxta dollar satan dəstə üzvləri saxlanıldı


30.06.2022  15:30 

“ASAN xidmət” və rəqəmsal hökumət təcrübəsi öyrənilir





A+  A-

27 – 30 iyun 2022-ci il tarixində Şimali Makedoniyanın informasiya cəmiyyəti və administrasiya naziri Admirim Alitinin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib.

XəzərNews.az xəbər verir ki, məqsəd “ASAN xidmət” modeli və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən rəqəmsal hökumət və sosial innovasiyalar sahəsində həyata keçirilən layihələr ilə yaxından tanış olmaq, eləcə də gələcək əməkdaşlıq barədə yol xəritəsinin hazırlanması, hüquqi çərçivənin yaradılması, həmçinin ölkəmizin qabaqcıl modeli olan “ASAN xidmət”in Şimali Makedoniyada tətbiqi istiqamətində müzakirələrin aparılması olub.

Nümayəndə heyəti ilk olaraq Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini yad edərək məzarları üzərinə gül dəstələri qoyublar.

Sonra Şəhidlər xiyabanında ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilib.

Səfər çərçivəsində nümayəndə heyəti Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ilə görüşüb. Ülvi Mehdiyev qonaqlara “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə məlumat verib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Bundan əlavə Dövlət Agentliyi tərəfindən rəqəmsal hökumət, startap ekosistemlərinə dəstək, sosial innovasiyalar istiqamətində həyata keçirilən fəaliyyət barədə qarşı tərəfə məlumat verilib.

Eyni zamanda Dövlət Agentliyinin 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi diqqətə çatdırılıb.

Həmçinin görüş zamanı “ASAN xidmət” modelinin müxtəlif ölkələrdə uğurla tətbiq olunduğu vurğulanıb.
Nümayəndə heyəti Elektron Hökumətin İnkişafı Mərkəzi, 3 və 7 saylı Bakı “ASAN xidmət” mərkəzi, Səyyar ASAN xidmət, "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi, “Bilim Bakı” mərkəzi və “ABAD”ın fəaliyyəti ilə yerində tanış olub.

Səfər çərçivəsində nümayəndə heyətinə Dövlət Agentliyinin Rəqəmsal texnologiyalar və İnnovasiyalar şöbəsi, həmçinin “Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu”nun üzvü olan müxtəlif şirkətlər tərəfindən də təqdimatlar edilib.

Nümayəndə heyətinin rəhbəri səfərin yekunları ilə əlaqədar ASAN Radioya müsahibə verib.

Xəbər 1471 dəfə oxunub.




14.03.2025  22:13 

Bəşir Süleymanlı həbs edilib

14.03.2025  16:11 

Novruzda əfv olacaqmı?

14.03.2025  15:37 

“Rusiya İranı məhvə aparır”

14.03.2025  12:22 

Xanım məmur həbs olundu


BÜTÜN XƏBƏRLƏR +