“DOST“ 3.3 milyonluq tenderini də bu şirkətə verdi
Xəstənin ayaqları göydə... - Həkimlər bunu da etdi
Ukrayna “Lukoyl” Neft Emalı Zavodunu vurdu
FHN “Xəmsə” şadlıq evinin fəaliyyətini dayandırdı
Xəzər Universitetinə rektor əvəzi təyin olunub
Ruslar Donetsk və Kurskda irəliləyirlər - Açıqlama
Bazar ertəsi yaxşı xəbər olacaq - Tramp
Bəşir Süleymanlı həbs edilib
Onlar Baş Prokurorluğa çağırılıb?
Saxta dollar satan dəstə üzvləri saxlanıldı


30.06.2022  13:05 

Qulu Məhərrəmli Zauru SƏRT tənqid etdi





A+  A-

“ARB televiziyasında yayımlanan “Həmin Zaur” verilişindən kənarlaşdırılan iştirakçı Afşin Azəri qeyri-adi, yaxud qəzəbə səbəb olacaq heç bir addım atmayıb. Ona görə aparıcı burada öz səlahiyyətlərini şişirdib və kobud bir tərzdə o iştirakçını verilişdən kənarlaşdırıb. Təbii ki, mən televiziyamız üçün bunu mənfi hal hesab edirəm”.

XəzərNews.az xəbər verir ki, bunu Əməkdar jurnalist, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli Bakupost.az -a açıqlamasında deyib.

O, bildirib ki, Azərbaycan teleməkanında bu cür hadisələrin baş verməsi çox təəssüf doğurur:

“İnzibati və yaradıcılıq nöqteyi-nəzərdən verilişin əsas siması aparıcıdır. O bir dirijor kimi hər şeyi idarə edir. Moderatorluq, digər proseslərə nəzarət edir, suallar verir, eyni zamanda pultdan rejissorun tapşırıqlarını yerinə yetirir. Yəni bir növ verilişi nizamlayır. Hansı halda aparıcı veriliş iştirakçısını proqramdan kənarlaşdıra bilər? Əgər veriliş iştirakçılarından hansısa biri cəmiyyətin qəbul etmədiyi davranış tərzi nümayiş etdirər, həddindən artıq kobudluq göstərər, cəmiyyətin qəbul etdiyi normalardan kənara çıxar, veriliş zamanı etik normaları kobud şəkildə tapdalayarsa, dərəcəsindən asılı olaraq aparıcı iradlar bildirə bilər və əgər verilişin nizamının pozulmaq təhlükəsi yaranarsa, o zaman aparıcı qonağı verilişdən uzaqlaşdırma qərarı qəbul edə bilər”.

Q.Məhərrəmli vurğulayıb ki, aparıcı səlahiyyətlərini aşaraq, kobud tərzdə qonağı verilişdən uzaqlaşdırıb:

“Televiziyanın rəhbərləri və birinci növbədə o verilişin prodüseri, rejissoru bu işdə məsuliyyət daşıyır. Çünki aparıcı o qərarı təkbaşına emosional şəkildə qəbul edə bilməz. Onun rejissor pultu, redaktor, prodüserlə birbaşa əlaqəsi var. Moskovada Solovyov kimi aparıcılar var ki, onların nöqteyi-nəzərinə uyğun gəlməyən fikirlər səsləndirən iştirakçıları kənarlaşdırırlar. Veriliş aparıcılarının belə addımlara yol verməsi kobud və qəbulolunmazdır. Ciddi etik pozuntu halı yoxdursa, o zaman heç bir iştirakçını verilişdən kənarlaşdırmaq olmaz”.



Xəbər 1781 dəfə oxunub.




14.03.2025  22:13 

Bəşir Süleymanlı həbs edilib

14.03.2025  16:11 

Novruzda əfv olacaqmı?

14.03.2025  15:37 

“Rusiya İranı məhvə aparır”

14.03.2025  12:22 

Xanım məmur həbs olundu


BÜTÜN XƏBƏRLƏR +