“DOST“ 3.3 milyonluq tenderini də bu şirkətə verdi
Xəstənin ayaqları göydə... - Həkimlər bunu da etdi
Ukrayna “Lukoyl” Neft Emalı Zavodunu vurdu
FHN “Xəmsə” şadlıq evinin fəaliyyətini dayandırdı
Xəzər Universitetinə rektor əvəzi təyin olunub
Ruslar Donetsk və Kurskda irəliləyirlər - Açıqlama
Bazar ertəsi yaxşı xəbər olacaq - Tramp
Bəşir Süleymanlı həbs edilib
Onlar Baş Prokurorluğa çağırılıb?
Saxta dollar satan dəstə üzvləri saxlanıldı


20.10.2017  12:49 

Azərbaycanın Müstəqillik Günü Ukraynada qeyd olundu - Fotolar





A+  A-

Leonid Koqan adına Dneprepetrovsk filarmoniyasının böyük zalında 18 oktyabr Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş klassik musiqi gecəsi keçirilib.
XəzərNews.az xəbər verir ki, Azərbaycanın xalq artisti Yalçın Adıgözəlovun rəhbərliyi ilə Dneprepetrovsk filarmoniyasının Akademik Simfonik Orkestrinin ifasında Q.Qarayev, F.Əmirov, V.Adıgözəlov, Q.Rzayev və H.Xanməmmədovun əsərləri səslənib.
Konsert tam anşlaq vəziyyətində keçib. Konserti şəhər rəhbərinin mili məsələlər üzrə müşaviri Oleq Rostovçev açıb. Tədbirin təşkilatçıları – Ukraynada Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyətinin İnkişafı üzrə Beynəlxalq İnkişaf Fondunun prezidenti Hafiz Aslanov və Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov çıxış edərək Azərbaycanın müstəqilik tarixi barədə məlumat veriblər.
Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri Hikmət Cavadov bildirib ki, Azərbaycanın Müstəqilik Gününə həsr olunmuş klassik musiqi gecəsində gözəl musiqi hamının ruhunu oxşayıb: “Maestro sanki bütün zalı əfsun etmişdi. Bu artistlərin və tamaşaçıların tam birliyi idi. Bütün emosiyalar saat yarım ərzində keçib getdi. Hər əsər zalda alqışlarla müşayiət olunurdu. Şəhriyar İmanov tarda əsrarəngiz ifası ilə zalı ələ aldı. Qara Qarayevin romanslarının soprano Yelena Samoylovanın ifasında səslənməsi dinləyicilər tərəfindən isti qarşılandı. Gənc xanəndə Rəvan İsmayılov dneprli dinləyicilərin xüsusi ilə zövqünü oxşadı. Bu yeniyetmənin ifası hər kəsin ürəyini oxşadı. Bayram gecəsinin apofeozu V.Adıgözəlovun “Qarabağ şikəstəsi” oratoriyasının final hissəsi oldu. Əsl sənət qəlbləri oxşayır, onu məhəbbətlə doldurur və bizləri daha yaxşı və xeyirxah edir. Zalda əyləşən tamaşaçılar uzun müddət orkestri buraxmırdılar, ayaq üstə dirijor və solistləri yaşadıqları xoş anlara görə alqışlarla yola saldılar”.
Qeyd edək ki, konsertin başlanmasına bir həftə qalmış kassalarda satışa çıxarılan biletlərin hamısı alınıb. Dneprepetrovsk tamaşaçısının konsertə marağı hədsiz dərəcədə yüksək olub.






Xəbər 1653 dəfə oxunub.




14.03.2025  22:13 

Bəşir Süleymanlı həbs edilib

14.03.2025  16:11 

Novruzda əfv olacaqmı?

14.03.2025  15:37 

“Rusiya İranı məhvə aparır”

14.03.2025  12:22 

Xanım məmur həbs olundu


BÜTÜN XƏBƏRLƏR +