“DOST“ 3.3 milyonluq tenderini də bu şirkətə verdi
Xəstənin ayaqları göydə... - Həkimlər bunu da etdi
Ukrayna “Lukoyl” Neft Emalı Zavodunu vurdu
FHN “Xəmsə” şadlıq evinin fəaliyyətini dayandırdı
Xəzər Universitetinə rektor əvəzi təyin olunub
Ruslar Donetsk və Kurskda irəliləyirlər - Açıqlama
Bazar ertəsi yaxşı xəbər olacaq - Tramp
Bəşir Süleymanlı həbs edilib
Onlar Baş Prokurorluğa çağırılıb?
Saxta dollar satan dəstə üzvləri saxlanıldı


27.02.2017  13:06 

Yol polisi qaydaları pozanlara 85 milyon cərimə kəsib





A+  A-

Ötən il Azərbaycanda avtomobil yollarında baş verən yol-nəqliyyat hadisələrinin əsas səbəbləri açıqlanıb
Dövlət Statistika Komitəsindən XəzərNews.az-a verilən məlumata görə, keçən il ölkənin avtomobil yollarında 2006 və ya 2015-ci illə müqayisədə 9,6 faiz az yol-nəqliyyat hadisəsi baş verib.

Bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı da əvvəlki ilə nisbətən 12,6 faiz azalaraq 2762 nəfər olub. Onlardan 759-u həlak olub, 2003-ü isə yaralanıb. Hadisələrin 44,0 faizi gündüz, 36,4 faizi gecə, 19,6 faizi isə toran vaxtı baş verib, 28,7 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.
Yol-nəqliyyat hadisələrinin 87 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı 2015-ci ilə nisbətən 15,3 faiz azalaraq 497 nəfər, yaralananların sayı isə 11,6 faiz azalaraq 1877 nəfər olub.
Bütün yol-nəqliyyat hadisələrinin 44 faizi nəqliyyat vasitələrinin və piyadaların, 36,4 faizi bir neçə nəqliyyat vasitəsinin, 19,6 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib və 2015-ci ilə nisbətən hadisələrin sayı müvafiq olaraq 4,4 faiz, 8,5 faiz və 21 faiz azalıb.
Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 76,8 faizini, yaralananların isə 70,6 faizini kişilər təşkil edib.
Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 37 hadisə baş verib, nəticədə 18 nəfər ölüb, 34 nəfər isə yaralanıb. Belə hadisələrin 78,4 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.
İl ərzində yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 2015-ci ilə nisbətən 13 faiz artaraq 2861,9 min olub. Xətaların 50 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 11,9 faizi dayanma və ya durma qaydalarının pozulması, 5,1 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 4,6 faizi yol ayrıcını keçmə, 4,2 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb. Qaydaların pozulmasına görə 85,4 milyon manat məbləğində cərimələr tətbiq edilib.

Xəbər 3854 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.03.2025  22:13 

Bəşir Süleymanlı həbs edilib

14.03.2025  16:11 

Novruzda əfv olacaqmı?

14.03.2025  15:37 

“Rusiya İranı məhvə aparır”

14.03.2025  12:22 

Xanım məmur həbs olundu


BÜTÜN XƏBƏRLƏR +