Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


08.03.2017  17:17 

Sərbəst güləşçilərimiz Türkiyəyə gedir





A+  A-

Martın 10-12-də Türkiyənin İstanbul şəhərində sərbəst və qadın güləşi üzrə Yaşar Doğunun xatirəsinə həsr olunan sayca 45-ci beynəlxalq turnir keçiriləcək.
Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, turnirdə böyüklərdən ibarət sərbəst güləş üzrə yığma komandamızın üzvləri iştirak edəcək.

Baş məşqçi Firdovsi Umudov, məşqçilər Əsgərxan Novruzov və Rövşən Hacıyevin rəhbərliyi altında yığma komandanın 5 üzvü turnirdə mübarizə aparacaq. Heyətdə Mahir Əmiraslanov (57 kq), Qalib Əliyev (61 kq), Ağahüseyn Mustafayev (65 kq), İbrahim Usubov (86 kq) və Aslanbek Alborov (97 kq) yer alıblar.

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Vüqar Şükürov ölkəmizi təmsil edəcək.

Turnirin proqramına əsasən, martın 10-da 57 və 70 kq, martın 11-də 61, 74 və 125 kq, son yarış günündə isə 65, 86 və 97 kq çəki dərəcələrində pəhləvanlar mübarizə aparacaqlar.

Xəbər 4241 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +