Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


25.07.2017  18:12 

Bakıya imtahan verməyə gələn abituriyent itkin düşdü





A+  A-

Neftçaladan Bakıya imtahan verməyə gələn şəxs itkin düşüb.
XəzərNews.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə itkin düşən yeniyetmə, 2000-ci il təvəllüdlü Əliyev İbrahim Yaşar oğlunun qohumları məlumat yayıblar.

Qeyd edilir ki, İbrahim ali məktəbə qəbul üçün 1-ci qrup üzrə imtahan verib. O, imtahana görə həddən artıq həyəcanlı və narahat olduğunu ailə üzvlərinə bildirib. İmtahan verdikdən sonra dünən (24.07.2017) səhər, saat 07:15 radələrində qohumu İbrahimi Sədərək Ticarət Mərkəzinin yaxınlığında yol taksilərinin birinə (mini avtobus) mindirib ki, Nefçalaya evə qayıtsın.

Bu günə qədər abituriyentdən xəbər yoxdur. Evə çatmayıb. Qohumu İbrahimi taksiyə mindirib uzaqlaşdıqdan sonra onun Bakıda düşdüyü və ya Neftçalaya getdiyi də məlum deyil.

Hazırda polis də bu haqda məlumatlıdır və dünəndən axtarış aparılır.

İbrahimi görənlərdən və ya haqqında bir məlumat bilənlərdən +994 (50) 727 96 16, +994 (55) 907 52 69 (atası Yaşar) nömrələrinə zəng etmələri xahiş olunur.



Xəbər 1096 dəfə oxunub.



21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +