“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi
“Melissa Group”un rəhbəri daha 2 ay həbsdə qalacaq
İstanbulda 6,2 bal gücündə zəlzələ baş verib
Azərbaycanın məqsədləri dəyişməyib - Mamicanyan
Rubio Ukraynaya görə narahatdır - Reuters


28.11.2023  16:14 

Novxanıdakı məşhur malikanə satışa çıxarıldı - VİDEO





A+  A-

Bir neçə il əvvəl sosial şəbəkələrdə heykəllərlə bəzədilmiş fotoları yayılan məşhur villa yenidən satışa çıxarılıb.

Xəzərnews.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, Novxanıda yerləşən saray 6,5 milyon manata təklif olunur.

Novxanı bağlarının ən səfalı yerində qeyri-adi üslubda inşa olunan bu əsrarəngiz saray Xəzər dənizi sahilində, ümumilikdə 0,45 hektar ərazinin içərisindədir. 1500 kvadrat metr sahəyə malik olan villa möhtəşəm dizaynı ilə seçilir.

4 mərtəbədən ibarət olan malikanənin daxilində idman, bilyard və tenis zalları, eləcə də barı, disko klubu mövcuddur.

Qeyd edək ki, sözügedən malikanənin fotoları bir neçə il əvvəl sosial şəbəkələrdə gündəmə çevrilmişdi. Onun sahibinin kimliyi isə hər kəsin marağına səbəb olmuşdu. Baku Tv-nin araşdırması nəticəsində villanın sahibi 60 yaşlı Bəxtiyar Dali kimi tanınan şəxsdir. O, Rusiya vətəndaşı olduğunu, uzun illər bu ölkədə hərbi mühəndis işlədiyini və təqaüdə çıxdıqdan sonra Azərbaycanda ata yurdunda yaşadığı bu malikanəni inşa etdirdiyini söyləyib.



Xəbər 1255 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +