“Melissa Group”un rəhbəri daha 2 ay həbsdə qalacaq
İstanbulda 6,2 bal gücündə zəlzələ baş verib
Azərbaycanın məqsədləri dəyişməyib - Mamicanyan
Rubio Ukraynaya görə narahatdır - Reuters
“Xalq qəzeti” ilə “Respublika” bağlanır, “Azərbaycan” isə...
Qarabağda iş imkanı: Əmək haqqı 3000 AZN
Tikinti biznesində “maliyyə piramidası”
Təbiətə 7200 manatlıq ziyan vurdular
Kəmaləddin Heydərov rəisi işdən çıxartdı
Zaur Kərimov AQTA-dan getdi - İstefa


22.05.2019  15:49 

Ötən həftə 143 əcnəbi saxlanılıb





A+  A-

Ötən həftə ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 143 əcnəbi saxlanılıb.
Dövlət Miqrasiya Xidmətindən XəzərNews.az-a verilən məlumata görə, onlardan 5-i Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə keçirilmiş tədbirlər zamanı aşkar olunub.

Məlumata görə, saxlanılan 8 nəfərin gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olması, 6 nəfərin qanunsuz əmək fəaliyyətinə cəlb edildiyi, 1 nəfərin qeydiyyat ünvanı üzrə yaşamadığı, digər 128 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyən edilib.

Miqrasiya qanunvericiliyini pozan 129 nəfər barəsində inzibati qərarlar qəbul edilib, digər əcnəbilərin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.

Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.

Xəbər 1388 dəfə oxunub.




22.04.2025  13:58 

Nazir səfirlə görüşdü


BÜTÜN XƏBƏRLƏR +