Mixail Saakaşvili: “İlham Əliyev regionun lideridir...“
Naxçıvan Səhiyyə Nazirliyində nələr baş verib?
Əvəz Zeynallı ilə bağlı məhkəməyə müraciət edildi
Sahil Babayevə müavinlər təyin olundu
“Azercell”in ad günü kampaniyasına ETİRAZ
Yaşayış binasındakı yanğın söndürüldü
Sürücü Tibb Mərkəzindən məcburi şəkildə çıxarılıb
Yanğına görə avtomobillərin hərəkəti məhdudlaşdırıldı
Gürcüstan Prezidenti Azərbaycana səfərə gəlib
Ağ Ev Harvard Universiteti üçün qrantları dayandırır


08.01.2018  19:26 

Zakir Həsənov zabitlərə tapşırıqlar verdi





A+  A-

Yanvarın 8-də müdafiə naziri, general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində hərbi hissələrin şəxsi heyətlə iş üzrə zabitləri və psixoloqlarla keçirilən təlim-metodiki toplantıya cəlb olunan heyətlə görüşüb.
XəzərNews.az xəbər verir ki, birlik, birləşmə, qoşun qisimləri və xüsusi təyinatlı təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə çıxış edən nazir 2017-ci ildə döyüş və mənəvi-psixoloji hazırlıq sahəsində görülən fəaliyyətlərin təhlilini apararaq Azərbaycan Prezident, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğını xüsusi vurğulayıb.

Cari tədris dövründə bu istiqamətdə müəyyən edilmiş prioritetlər barədə danışan müdafiə naziri hərbi qulluqçuların milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyə olunması, hərbi kollektivlərdə sağlam rəqabət atmosferinin inkişaf etdirilməsi, əsgər və zabitlərin şəxsi xüsusiyyətləri nəzərə alınmaqla fərdi tərbiyə işinin planlı şəkildə həyata keçirilməsi və bir çox məsələlərlə bağlı fikirlərini toplantı iştirakçılarının diqqətinə çatdırıb.

General-polkovnik Z.Həsənov qoşunların döyüş tapşırıqlarını yerinə yetirməyə hər an hazır vəziyyətdə olmasını təmin etmək məqsədilə mənəvi-psixoloji hazırlıq işinin daim gücləndirilməsi ilə bağlı konkret tapşırıqlar verib.

Xəbər 1646 dəfə oxunub.




15.04.2025  14:35 

Paşinyan sülhdən danışdı


BÜTÜN XƏBƏRLƏR +