“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi
“Melissa Group”un rəhbəri daha 2 ay həbsdə qalacaq
İstanbulda 6,2 bal gücündə zəlzələ baş verib
Azərbaycanın məqsədləri dəyişməyib - Mamicanyan
Rubio Ukraynaya görə narahatdır - Reuters


06.04.2017  23:39 

Çin rəhbəri ABŞ-a səfər edib





A+  A-

Çin Xalq Respublikasının sədri Si Tzinpin ABŞ-a səfər edib.
XəzərNews.az-ın CNN-ə istinadən verdiyi xəbərə görə, Çin liderinin təyyarəsi yerli vaxtla 13.40-da (Bakı vaxtı ilə 21.40-da) Floridanın “Palm Biç” hava limanında eniş edib. ABŞ prezidenti Donald Trampın da yaxın saatlarda Floridaya səfər edəcəyi gözlənilir.

Trampın Si Tzinpinlə ilk görüşü onun Floridadakı “Mar-a-Laqo” iqamətgahında baş tutacaq. Liderlərin bu gün axşama birgə şam yeməyi nəzərdə tutulub. Danışıqların aprelin 7-də keçiriləcəyi planlaşdırılıb.

Görüşdə ikitərəfli münasibətlər, ticarət disbalansı, Tayvan məsələsi, Cənub-Çin dənizi ətrafındakı mübahisə və Şimali Koreyanın nüvə problemi kimi məsələlərin əsas müzakirə mövzusu olacağı gözlənilir.

Ekspertlər hazırkı səfərin tanışlıq xarakteri daşıdığını, ciddi razılaşmaların əldə edilməyəcəyini proqnozlaşdırırlar.


Xəbər 1777 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +