ABŞ Senatının üzvü Adam Şiff yenə həddini aşdı
Ukraynada atəşkəs yaydan əvvəl elan oluna bilər
Biz razılığa gəlməyə hazırıq - Lavrov
İyun ayında 13 gün qeyri-iş günü olacaq
Bakıda təriqəti üzvləri həbs edildi - Foto
110-dan çox ölkədən QHT-lər Bakıya toplaşır
“Kapital Bank” müştərini necə tələyə salır?
18 yaşın mübarək, Qaynarinfo!
Prezident Kaya Kallası qəbul etdi
AzTV bələdiyyələri ifşa etdi - Video


11.07.2021  13:24 

Çində şiddətli yağışlar 120 min sakinə zərər vurdu





A+  A-

Çinin cənub-qərbindəki Siçuan vilayətində bir neçə gündür yağan aramsız yağışların törətdiyi sel və daşqınlar 120 mindən çox sakinə zərər vurub.
XəzərNews.az Çinin vilayət hökumətinin məlumatına istinadla xəbər verir ki, səlahiyyətli qurumlar təbii fəlakət bölgəsindən 4600 nəfəri təxliyə ediblər. Vilayətin 14 çayında suyun səviyyəsi təhlükəli həddə çatıb. Sel və daşqın 4600 hektara yaxın əkin sahəsini məhv edib, 204 ev dağılıb. Bundan başqa, şiddətli yağışların yaratdığı torpaq sürüşmələri kommunikasiya xətlərinə və avtomobil yollarına ziyan vurub. Ümumi maddi ziyan 176 milyon yuan (təxminən 27 milyon ABŞ dolları) məbləğində qiymətləndirilir.

Qeyd edək ki, mövsüm yağışları Çinin bir neçə bölgəsində fəsadlar törədib. Ölkənin meteorologiya xidməti qarşıdakı günlərdə də bu cür hava şəraitinin davam edəcəyini proqnozlaşdırıb. Hətta paytaxt Pekində ilin ən şiddətli yağışları ilə əlaqədar növbəti günlər üçün 3-cü səviyyədə xəbərdarlıq elan edilib. Artıq Pekin ətrafındakı dağətəyi turizm məkanları bağlanıb, tədris ocaqlarında iyulun 12-də nəzərdə tutulan dərslər təxirə salınıb. Müvafiq qurumlara gözlənilən şiddətli yağış və güclü küləyin törədə biləcəyi fəsadlarla mübarizəyə hazır olmaq əmr olunub. Bu məqsədlə 15 min nəfər səfərbər olunub, 13 nəzarət qrupu yaradılıb, təxminən 7500 yanğınsöndürən həyəcan siqnalı ilə əməliyyatlara çıxış üçün növbəyə cəlb olunub.

Xəbər 1717 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +