ABŞ Senatının üzvü Adam Şiff yenə həddini aşdı
Ukraynada atəşkəs yaydan əvvəl elan oluna bilər
Biz razılığa gəlməyə hazırıq - Lavrov
İyun ayında 13 gün qeyri-iş günü olacaq
Bakıda təriqəti üzvləri həbs edildi - Foto
110-dan çox ölkədən QHT-lər Bakıya toplaşır
“Kapital Bank” müştərini necə tələyə salır?
18 yaşın mübarək, Qaynarinfo!
Prezident Kaya Kallası qəbul etdi
AzTV bələdiyyələri ifşa etdi - Video


11.06.2020  11:48 

İranda yoluxmalar yenidən niyə artır?





A+  A-

İranda son həftələrdə koronavirusa yoluxma hallarının artım tempi yenidən sürətlənib.
XəzərNews.az xəbər verir ki, İranın rəsmi statiskalarına əsasən ölkədə iyun ayının ilk həftəsində koronavirusa yoluxma hallarının sayı əvvəlki həftənin göstəricilərinə nisbətən 50 faiz artıb. İyunun 4-də isə 3 574 yeni yoluxma faktının aşkarlanması ilə gündəlik yoluxma sayında rekord olub. Daha əvvəl ən yüksək göstərici 30 mart tarixində (3 186 yoluxma) qeydə alınıb.

Bu artım İranda koronavirusun ikinci dalğasının yarana biləcəyi ilə bağlı narahatlıq doğurub. Lakin rəsmilər yoluxma hallarının artmasını gündəlik aparılan test sayının artması ilə əsaslandırırlar. Ancaq aparılan test sayı və yoluxma hallarının sayının nisbətinə baxıldıqda 11 %-dən 14 %-dək artım müşahidə olunur.

Mütəxəssislər yoluxma hallarının artmasını karantin məhdudiyyətlərinin götürülməsi və insanların sosial məsafə qaydalarına biganə yanaşması ilə əlaqələndirirlər.

“İnsanlar bu xəstəliyə tamamilə biganə yanaşmağa başlayıb. Əgər qaydalara riayət edə bilməsək, özümüzü ən pis ehtimala hazırlamalıyıq”,- deyə İranın Səhiyyə Naziri Səid Nəmaki bildirib.

İran Prezidenti Həsən Ruhani isə vəziyyət ağırlaşacağı təqdirdə məhdudiyyətlərin bərpa ediləcəyini açıqlayıb.



Xəbər 1597 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +