Azərbaycan Rusiyaya nota verdi
Rusiya pilotsuz sistemlər qoşunları yaradır?
Jurnalist Şəmşad Ağa da həbs edildi
Cabir İmanov məhkəməyə verildi
Çörəyin çəkisi niyə azalıb?- VİDEO
Vəzifəli şəxslər məhkəmə zalında həbs EDİLDİ
Biznesmen Aydın Orucov təzminat ödəyəcək
Muxtar Babayevin yerinə bu şəxs gətirilə bilər
Razim Məmmədov XİN-in verdiyi xidməti pasportu İTİRDİ
“Rus Evi”nin fəaliyyətinə xitam verildi


03.12.2021  20:49 

Qubad İbadoğlu: “Devalvasiya qaçılmazdır“





A+  A-

"Azərbaycanda da valyutaya tələbat artıb. Noyabrın 18-dən indiyə qədər Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə 5 valyuta hərracı keçirib və valyutaya tələbatın tam ödənilməsi şərtilə 543,2 mln. ABŞ dolları satıb".

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə çıxış edən iqtisadçı alim Qubad İbadoğlu bildirib ki, son 15 gün ərzində valyuta sartışının həcmi bütün oktaybr ayı üzrə satışdan - 539,9 mln. ABŞ dollarından çox olub:

"Beləliklə də noyabr ayı üzrə valyuta satışının həcmi bu il üçün orta aylıq normadan çox olub. Gözlənilir ki, dekabr ayı üzrə də satış orta aylıq normadan yüksək olacaq. Valyutaya artan tələbat ilin sonunda xarici borc öhdəlikləri üzrə ödənişlərin çoxalması ilə izah oluna bilər".

Qubad İbadoğlu bildirib ki, bu gün, OPEC üzv və qeyri-üzv ölkələrin nazirlərinin 23-ci iclasında, gündəlik neft hasilatının gələn ilin yanvarında 400 min barrel artırılmasına dair qərar qəbul edilib:

"Əgər ABŞ və onun müraciət etdiyi ölkələr rezervlərin istifadəsinə başlayarsa bu dünya bazarında neftin qiymətinin ucuzlaşmasını şərtləndirəcək. Hazırda Brend markalı xam neftin 1 barreli 69 ABŞ dolları, WTI markalı xam neftin 1 barrelinin qiyməti isə 66 ABŞ dolları ətrafındadır".

İqtisadçı bildirib ki, neftin qiymətlərinin uzun müddətli ucuzlaşması Azərbaycanda devalvasiya riskləri yaradan amillərin xeyli fəallaşmasına gətirib çıxara bilər:

"Belə olan halda əgər dövlət bazara müdaxilə etməzsə o halda devalvasiya qaçılmazdır".

Xəbər 1679 dəfə oxunub.




06.02.2025  17:37 

Famil Xəlilova hökm oxundu

06.02.2025  17:37 

Azərbaycan Rusiyaya nota verdi

06.02.2025  15:53 

Cabir İmanov məhkəməyə verildi

06.02.2025  12:19 

Qar dənələri


BÜTÜN XƏBƏRLƏR +