Azərbaycan Rusiyaya nota verdi
Rusiya pilotsuz sistemlər qoşunları yaradır?
Jurnalist Şəmşad Ağa da həbs edildi
Cabir İmanov məhkəməyə verildi
Çörəyin çəkisi niyə azalıb?- VİDEO
Vəzifəli şəxslər məhkəmə zalında həbs EDİLDİ
Biznesmen Aydın Orucov təzminat ödəyəcək
Muxtar Babayevin yerinə bu şəxs gətirilə bilər
Razim Məmmədov XİN-in verdiyi xidməti pasportu İTİRDİ
“Rus Evi”nin fəaliyyətinə xitam verildi


25.12.2017  16:11 

“Dəmir Bank”da pulu olanlar nə edəcək?





A+  A-

“Dəmir Bank"ın bütün əməkdaşları hesablanmış əməkhaqlarını və digər ödənişləri Yeni il bayramınadək alacaqlar.
XəzərNews.az xəbər verir ki, bu haqda məlumatı “Marja” yayıb. Xəbərdə bildirilir ki, hazırda Maliyyə Bazarlarına Nəzarət Palatasının əməkdaşları "Dəmir Bank"da müştəriləri qəbul edərək, onların suallarını cavablandırırlar. Qeyd edilir ki, bir bankın bağlanmasının insanlarda narahatlıq yaratdığı nəzərə alınaraq, Palatan bu məsələyə xüsusi diqqət yetirir. Mümkün ən qısa zamanda qorunan (sığortalı) əmanətlər qaytarılacaq, qorunmayan (sığortasız) əmanətlərin isə növbəlilik prinsipi əsasında qaytarılması məsələsinə baxılır.

Verilən məlumata görə, Palata və Əmanətlərin Sığortalanması Fondu gərgin rejimdə işləyir. Mümkün ən qısa zamanda (Yanvar ayının əvvəlindən başlayaraq nəzərdə tutulub) qorunan əmanələrin qaytarılması prosesinə start veriləcək. Eyni zamada, qorumayan əmanətlərin də növbəlilik prinsipi ilə qaytarılmasına baxılacaq. "Dəmir Bank"ın iflası, əmanətlərin qaytarılması və ləğvi prosesləri əvvəl bağlanmış banklardan tam fərqli olacaqdır. Proseslər, operativ və şəffaf aparılması ilə yadda qalacaqdır. “Dəmir Bank”ın heç bir müştərisinin narazı qalmaması qarşıya məqsəd qoyulub.

Həmçinin "Dəmir Bank"ın depozit seyfləri xidmətindən istifadə edən müştərilər Banka yaxınlaşaraq seyflərdəki saxlanclarını götürə bilərlər.

Xəbər verdiyimiz kimi, Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 22 dekabr 2017-ci il tarixli qərarına əsasən “DəmirBank” ASC-nin lisenziyası 23 dekabr 2017-ci ildən etibarən ləğv edilir.

Palata bu qərarı bankın məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş məcmu kapitalının minimum miqdarından və məcmu kapitalın adekvatlıq əmsalının qanunvericiliklə nəzərdə tutulmuş 3 (üç) faizdən az olduğuna, eləcə də kreditorları qarşısında olan öhdəliklərini yerinə yetirə bilmədiyinə görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-16.1.8-ci maddələrinə əsasən qəbul etmişdir.

Xəbər 1833 dəfə oxunub.




06.02.2025  17:37 

Famil Xəlilova hökm oxundu

06.02.2025  17:37 

Azərbaycan Rusiyaya nota verdi

06.02.2025  15:53 

Cabir İmanov məhkəməyə verildi

06.02.2025  12:19 

Qar dənələri


BÜTÜN XƏBƏRLƏR +