Vüsal Həsənov Qənirə Ataşovanı ölümlə hədələyir - İddia
Ermənilər atəşkəsi yenə pozdu
Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?


28.03.2017  16:01 

Nazir yeni şəbəkə yaradır - Özəl şirkətlər sıradan çıxarılır...





A+  A-

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov yeni biznes sahəsinə qədəm qoyub.
XəzərNews.az xəbər verir ki, "Qaynar"ın əldə etdiyi məlumata görə, nazir ərzaq, turizm, kənd təsərrüfatı, bankçılıq, pambıqçılıq, tikinti, təhsil və başqa bizens sahələrinin ardınca kitab biznesinə başlayıb. Məlumatda bildirilir ki, Heydərov müxtəlif adlarda nəşriyyatlar yaratmaqla ölkədə bütün sahələrdə nəşr edilən kitabları öz nəzarəti altına alır.

Məqsəd özəl nəşriyyatları sıxışdırıb bazardan çıxartmaqla bir mərkəzdən idarə olunan nəşriyyatlar yaratmaqdı. Artıq nazirin nəzarətində olan TEAS, 3 ALMA və AZBOOK nəşriyyat evləri yaradılıb.



Kəmaləddin Heydərov nəşriyyat evləri ilə yanaşı, yeni kitab satışı şəbəkəsi də yaradır. İlk belə mağaza Bakı Hava limanında fəaliyyətə başlayıb. Məlumata görə, Bakıda böyük hipermarketlər kimi fəaliyyətə başlayan BRAVO-ların böyük hissəsini yeni kitab şəbəkələri tutacaq. BRAVO Ukrayna dairəsinə yaxın, köhnə Nargilə kafesinin yanında növbəti hipermarketini açmağa hazırlaşır. Ondan sonra isə isə 20 yanvar metrostansiyasının yaxınlığından, köhnə Avtovağzal ərazisində hipermarket açılacaq.

Kəmaləddin Heydərovun kitab mağazaları əsasən köhnələri ləğv etməklə onların yerində fəaliyyət göstərəcək. Artıq bu yöndə ilk addımlar atılıb. Nazirin böyük alış-veriş mərkəzlərində fəaliyyət göstərən "Əli və Nino" kitab satış mərkəzlərinin yerində öz mağazalarını açmaq məqsədi ilə danışıqlara başladığı bildirilir. Məlumata görə, "Əli və Nino"nun çox sayda işçisi artıq Kamaləddin Heydərovun kitab şəbəkəsinə transfer olunub.

Yeni yaranan mərkəz xaricdən gələn kitabları da nəzarətə götürür. Belə ki, Türkiyə və Rusiyadan gələn kitabların vahid satış bazası formalaşdırılır. Bu isə da o deməkdir ki, adıçəkilən ölkələrdən gələn kitablara gömrükdə ciddi əngəllər yaradılır.

Xəbər 2077 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.04.2025  09:26 

Ermənilər atəşkəsi yenə pozdu

18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +