Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


23.08.2021  10:43 

BMT daha 120 əməkdaşını Kabildən təxliyyə etdi





A+  A-

BMT daha 120 nəfəri Əfqanıstandan təxliyyə edərək Qazaxıstana aparıb.
XəzərNews.az xəbər verir ki, bu barədə məlumatı BMT-nin Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik açıqlayıb.

Məlumata əsasən, BMT-nin təxliyyə etdiyi şəxslər təşkilatın əməkdaşları və Əfqanıstanda təşkilatla əməkdaşlıq edən qeyri-hökumət təşkilatlarının nümayəndələridir.

Qeyd olunur ki, bu son həftə ərzində BMT-nin həyata keçirdiyi ikinci belə əməliyyatdır.

Onun sözlərinə görə, BMT diqqətini minlərlə əməkdaşının və müttəfiqlərinin təhlükəsizliyini təmin etməyə yönəldib və köməyə ehtiyacı olan milyonlarla əfqana kritik vacib humanitar və digər yardımların çatdırılması üzərində işləyir.

Qeyd edək ki, keçən həftə BMT-nin təqribən 100 əməkdaşı distant formada işinə davam etmək üçün Kabildən Almatı şəhərinə uçub.

Xəbər 2358 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +