“Kartımdan 30 manat oğurlayıblar“ - “Kapital Bank“a fırıldaqçılıq ittihamı - VİDEO
Yardımlı sakinləri qaz və yol axtarışında - VİDEO
Prezidenti İlham Əliyev BƏƏ-yə işgüzar səfərə getdi
Palata UNEC-də yoxlama apardı - Nəticələr AÇIQLANDI
Bakıda gənc qadın falçının qurbanı oldu -VİDEO
Aleksandar Vuçiç İlham Əliyev təşəkkürünü bildirib
General ekspertizadan imtina etdi - Həbsdə qaldı
ABŞ Vahid Ələkbərovun oğluna sanksiya tətbiq etdi - Fotolar
Samir Şərifov nazir müavini təyin edilib -YENİLƏNİB
Deputat borcuna görə obyektini təhvil verdi


03.12.2024  13:35 

Sahil Babayevə Azərbaycan xalqı nifrət edir





A+  A-

Qazi qardaşımız xalqa müraciət edib. Deyib ki, mənim ayağım kəsilməlidir, ancaq hökumət ayağımın kəsilməsinə belə pul ayırmaq istəmir. Qoy mənə dilənçi desinlər. Ancaq mənim bir qızım var, onun üçün yaşamaq istəyirəm...

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qaziyə şəxsən zəng vurub. Deyib ki, video-müraciəti sil, problemini həll edək. Qazi isə silməyib...

Azərbaycanda bu vəziyyətdə olan nə qədər qazı var? 80-dən çox qazı bu qanısız hökumətin onlara olan vəhşi münasibətinə görə intihar edib, neçəsi insanların gözü qarşısında özünə od vurub...

Bu hökumət qaziləri Azərbaycan üçün vuruşduğuna görə peşman edib...
Sahil Babayevə zatən Azərbaycan xalqı nifrət edir. Bu nifrət o həddədir ki, bir çoxları onu erməni adlandırır. Özü də bunu yaxşı bilir.

Axı belələrini kim əkir, kim doğur? İnsan bu qədər murdar ola bilərmi?

Mən İlham Əliyevə müraciət edirəm. Sahil Babayev milli kimliyi olamayan birisidir. Siz də böyük bir məharətlə Azərbaycanı ələk-vələk edib məhz bu cür manqurt tipli adamları yuxarı başa keçirmisiz. Bunlar da xalqın qanını içir...

Hər şey cəhənnəm, heç olmasa qazilərə, şəhid ailələrinə sahib çıxın. Axı bu insanlar sizin əmrinizlə ölümə gedib. Sizin təyin etdiyiniz qudurğan məmurların hamısı qazilərdən, şəhid ailələrindən imtina etsə də Ali Baş komandan kimi siz həyatınızın sonuna qədər onlarla bir yerdə olmalısız. Bu, dini baxımdan da belədir, milli dəyərlər baxımından da. Cinayətkar aləmi təmsil edən avtoritetlər belə vətən üçün vuruşan insanlara ehtiram göstərir. Bu qədər Allahsızlıq olmaz...

Elbəyi Həsənli

Xəbər 3974 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.01.2025  17:03 

Bakıda müğənni vəfat etdi

13.01.2025  12:54 

Sabahın havası necə olacaq?

13.01.2025  10:28 

Lənkəranda kişi meyiti tapılıb


BÜTÜN XƏBƏRLƏR +