“Xalq qəzeti” ilə “Respublika” qəzeti bağlanır, “Azərbaycan” isə...
Qarabağda iş imkanı: Əmək haqqı 3000 AZN
Tikinti biznesində “maliyyə piramidası”
Təbiətə 7200 manatlıq ziyan vurdular
Kəmaləddin Heydərov rəisi işdən çıxartdı
Zaur Kərimov AQTA-dan getdi - İstefa
Bu bankdan 150 milyon manata yaxın depozit geri çəkilib
Baş Notarius vəzifəsindən uzaqlaşdırıldı
Ruslar avtobusu dronla vurdu... - 9 nəfər ölüb
Strateji əməkdaşlığa dair Birgə Bəyanat imzalandı


04.03.2024  07:39 

Yaponiyanın “Nikkei” indeksi tarixi rekorda imza atıb





A+  A-

Asiyanın ən böyük Tokio Fond Birjasının (TSE) əsas indeksi hərracın açılışında ilk dəfə 40 min bənd həddini keçərək tarixi rekorda imza atıb.

Xəzərnews.az “Report”a istinadla xəbər verir ki, bunu indiki indeks səviyyəsini üzrə onlayn tablo nümayiş etdirib.

Yerli vaxtla saat 11:00-da (Bakı vaxtı ilə 06:00) “Nikkei” 0,77 % əlavə edərək tarixi maksimumunu bir daha yeniləyib və 40 219,15 bənd səviyyəsinə çatıb. Analitiklər qeyd edirlər ki, artımın əsas faktoru amerikan hərrac platformalarında, xüsusən də yarımkeçiricilərlə əlaqəli şirkətlərdə yüksəlişdir. Bunun fonunda “Tokyo Electron”, “Advantest” və “SoftBank” kimi bu sektordan olan şirkətlərin kotirovkaları da TSE-də artır.

Həmçinin, ekspertlərin fikrincə, artım faktoru Qərb ölkələrindən fərqli olaraq, uçot dərəcəsini faktiki olaraq mənfi səviyyədə saxlayan Yaponiya Bankının (Mərkəzi Bank) ultrayumşaq pul siyasəti olaraq qalır.

Xəbər 785 dəfə oxunub.




22.04.2025  13:58 

Nazir səfirlə görüşdü

22.04.2025  12:29 

Sabah 29° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +