İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi


16.11.2020  15:49 

Millimizin iki üzvü koronavirusa yoluxdu





A+  A-

Milli komandamızın iki futbolçusunun verdiyi COVİD-19 testi müsbət çıxıb.
XəzərNews.az xəbər verir ki, bu barədə sport24.az-a məlumatı AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla verib.

Həmsöhbətimiz futbolçuların adlarını açıqlamaqla yanaşı, onların Xorvatiyada özünütəcrid rejimində qaldığını bildirdi: “Təmkin Xəlilzadə və Rahil Məmmədovun hərarəti var idi. COVİD-19 testləri müsbət nəticələndi. Bu səbəbdən də hər iki futbolçu Xorvatiyada özünütəcrid rejimində qaldı.

Bu barədə Azərbaycan respublikasının Xorvatiyadakı səfirliyinə məlumat verilib. Məsələ səfirliyin diqqət mərkəzindədir. Hər iki futbolçu mütəmadi həkim nəzarəti altındadır. İlk nəticəsi mənfi çıxacaq test qeydə alındıqdan sonra həm Təmkin, həm də Rahil Xorvatiyadan Vətənə dönəcəklər. Məsələylə bağlı hər iki futbolçunun məxsus olduqları “Sabah” və “Qarabağ” klublarına da müvafiq məlumat verildi. Futbolçuların özünütəcrid rejimində qaldıqları müddət bütün xərcləri AFFA tərəfindən qarşılanır”.

Xəbər 2566 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +