İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi


13.11.2020  09:32 

AVRO-2020-nin bütün iştirakçıları müəyyənləşdi





A+  A-

Futbol üzrə Avropa çempionatının bütün iştirakçıları müəyyənləşib.
XəzərNews.az bildirir ki, bu, AVRO-2020-nin pley-off mərhələsində final oyunlarından sonra məlum olub. Son 4 vəsiqəyə Şimali Makedoniya, Şotlandiya, Slovakiya və Macarıstan sahib çıxıb. Onlar müvafiq olaraq, C, D, E və F qruplarına düşüblər.

AVRO-2020 qruplarının yekun tərkibləri aşağıdakı kimidir:

A qrupu – Türkiyə, İtaliya, Uels, İsveçrə;

B qrupu – Danimarka, Finlandiya, Belçika, Rusiya;

C qrupu – Niderland, Ukrayna, Avstriya, Şimali Makedoniya;

D qrupu – İngiltərə, Xorvatiya, Şotlandiya, Çexiya;

E qrupu – İspaniya, İsveç, Polşa, Slovakiya;

F qrupu – Macarıstan, Portuqaliya, Fransa, Almaniya.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən 2021-ci ilin yayına təxirə salınan AVRO-2020-nin matçları Bakı da daxil olmaqla qitənin 12 şəhərində baş tutmalıdır.

Xəbər 2111 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +