Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


15.10.2019  10:18 

“Spartak”ın yeni baş məşqçisi o oldu





A+  A-

Moskva “Spartak”ının yeni baş məşqçisi almaniyalı mütəxəssis Domeniko Tedesko olub.
XəzərNews.az “RİA Novosti”yə istinadən bildirir ki, Tedesko bu vəzifədə klubun baş məşqçisi Oleq Kononovun istefasından sonra onun vəzifələrini icra edən Sergey Kuznetsovu əvəzləyib. Müvafiq qərarı komanda nümayəndələri keçirilən mətbuat konfransında açıqlayıb.

“Burada və böyük tarixə malik “Spartak” komandasının məşqçisi olmağım mənim üçün böyük şərəfdir. Mən komanda ilə tanış oluram və bu hiss məni sevindirir”, - Tedesko deyib.

Rusiya KİV yazır ki, “Spartak”ın Tedesko ilə müqaviləsi 2 il 9 ay qüvvədə qalacaq. Mütəxəssis bir mövsüm üçün iki milyon avro və klubun nailiyyətlərinə görə əlavə bonuslar alacaq.

Qeyd edək ki, buna qədər D.Tedesko Almaniyanın “Şalke” klubu ilə çalışıb. Onun rəhbərliyi altında komanda 2017/18 mövsümündə Almaniya çempionatında ikinci yeri tutub.

Xəbər 1676 dəfə oxunub.



21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +