Şikayətçi Oleq Bakinskidən 50 min manat tələb edir
Rusiyada miqrantlar döyülür, söyülür, soyulur...
Erməniəsilli şəxslərin məhkəməsi davam edir
Azərbaycanlı Ukrayna müharibəsində həlak olub
Bizim başqa vasitəçiliyə ehtiyacımız yoxdur - Mirzoyan
Üç ölkənin nazir müavinləri Tbilisidə bir araya gəldi
Bu sınaqdan da üzüağ çıxacağıq - Mütəllim Rəhimov
42 həkim plastik cərrah kimi işləyə biləcək
Əvəz Zeynallının işinə bu tarixdə baxılacaq
Milli komandanın idmançısı cinsi təcavüzə məruz qalıb


15.04.2025  17:55 

“Azercell”in ad günü kampaniyasına ETİRAZ





A+  A-

Müğənni Nura Suri “Azercell”in ad günü kampaniyasına etiraz edib.

XəzərNews.az xəbər verir ki, müğənni “Azercell” tarifinin istifadəçisi olduğu üçün şirkət onun telefonuna hədiyyə olaraq 30GB paketini aktivləşdirməsi üçün mesaj göndərib.

Nura Suri “Azercell”in kampaniyasına etirazını bu cür bildirib:

“Azercell”, 1 günlük 30 GB hədiyyənizi ehtiyacı olan birinə verin. Pulumla aldığım interneti heç 1 ay ərzində bitirmirəm, sizdə qalır”.

Nura Surinin paylaşımına gələn şərhlərdə də “Azercell”ə etirazlar bildirilib:

“Bu, rəsmən adamı lağa qoymaq mesajıdır. Ölkədə 7-8 operator olsaydı, digər üç operator at oynatmazdı...”

“Bir günlük 30 MG verməsə, bundan hörmətlidir”,

“Siz adama pulsuz heç nə verməzsiniz. Çox güman, nömrəyə SMS göndərildiyi üçün bir müddət sonra abunəçi xərcə düşəcək”./Pravda.az


Xəbər 1911 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +