Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


04.11.2022  16:34 

“Azərbaycan və İran arasında strateji qırılma var“





A+  A-

"Azərbaycan və İran arasında strateji qırılma var. Məhz bu qırılma ikinci Qarabağ müharibəsindən sonra Tehranın regionda yeni geosiyasi reallıqları qəbul etməməsidir".

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə çıxış edən politoloq Məhəmməd Əsədullzadə bildirib ki, bu yeni siyasi konfiqurasiya Tehranın da maraqlarina cavab verirdi:

"Amma, İran rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünü təmin etməsini, Türkiyə ilə birgə regionda kordinasiyalı çalışması, Zəngəzur dəhlizinin açılması nəzərdə tutulması Tehranda qısqancla qarşılandı.

Halbuki İranın indiki ortaya qoyduğu siyasət Cənubi Qafqazda mövqelərini sarsıdacaq. Onsuzda İran Cənubi Qafqazda aktiv olmayıb. Türkiyənin bu regionda güclənməsi İranı narahat etdi. Tehran rejimi formalaşmaqda olan Türk oxunu region siyasəti üçün təhlükə görür və Zəngəzur dəhlizinin bu birliyə aparacağının fərqindədir".

Politoloq qeyd edib ki, İranın Yaxın Şərqdə formalaşdirmaga çalışdığı "Şiə hilalından" fərqli "Türk oxu" regionda siyasi -iqtisadi inteqrasiyanı və sülhün təhlükəsizliyin təminini özündə ehtiva edir:

"Ona görə də Bakı -Tehran əlaqələrinin yaxın perspektivdə yaxşılaşması gözlənilmir. Azərbaycanın cənub sərhədlərində hərbi təlimlər keçirməsi Tehranla istənilən ssenariyə Azərbaycanın hazır olduğunu mesajını verdi".

Xəbər 969 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +