Deyəcəksiniz ki, yox, bu hara, o hara?
Volkan Konak vəfat edib
Prezident 31 Martla bağlı paylaşım edib
Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb


05.04.2019  16:21 

“Bakı Kart“da YENİLİK





A+  A-

Bakıya səyahət edənlər üçün rəsmi şəhər kartı olan "Bakı Kart"ın (Baku Cart) təqdimatı keçirilib.
XəzərNews.az xəbər verir ki, "Bakı Kart" haqqında məlumat verən Bakı Turizm İnformasiya Mərkəzinin rəhbəri Rüfət Bağırov deyib ki, "Baku Cart" yeni və innovativ məhsul olaraq kart sahiblərinə Bakı şəhərində ictimai nəqliyyatdan və hava limanından şəhərə və əksinə hərəkət transfer xidmətini həyata keçirən "Baku City Aero Express" avtobuslardan ödənişsiz istifadə imkanı tanıyır.

"Həmçinin kartı əldə etməklə turistlər Bakıda turistik yerlərə gəzintilər həyata keçirən" Baku City Tour" avtobuslarına bileti 50 faiz endirimlə ala biləcəklər. Kart vasitəsilə 20-dən çox muzey və istirahət mərkəzinə pulsuz və endirimli giriş, 200-dən çox pərakəndə satış mağazasında və ticarət mərkəzlərində, müxtəlif restoran və kafelərdə endirimlər, salamla içkiləri və ödənişsiz məhsullardan faydalanma mümkündür.

R.Bağırov deyib ki, etibarlılıq müddətinə görə 24 saatlıq, 72 saatlıq və 1 həftəlik olmaqla karların 3 növü var.

"Kartların qiyməti 24 saatlıq üçün 24 AZN, 72 saatlıq üçün 45 AZN və 1 həftəlik üçün 70 AZN təşkil edir. Kartların satışı Heydər Əliyev adına Beynəlxalq Hava limanında, turizm informasiya mərkəzləri, müxtəlif hotellər, turizm agentlikləri, kiosklarla yanaşı, onlayn olaraq www.bakucard.az saytı vasitəsilə həyata keçirilir".

Rüfət Bağırov deyib ki, kartlardan yerli vətəndaşlar da istifadə edə bilər.

Xəbər 1499 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

31.03.2025  09:31 

Volkan Konak vəfat edib

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +