Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU


03.02.2017  21:48 

Dostların ərk yeri Rasim Mirzəyev!





A+  A-


“Mehdi Huseyin 1A” Azərbaycan Vətən Müharibəsi Təşkilatının qərargahı Şəhidlər Xiyabanın əhatəsində yerləşən bu mənəvi ocaq dostların görüş yeridir.
Bu ocaqda tanıdığım ən dəyərli insanlardan biri Rasim Mirzəyevdir. Mərdlik, təvəzökarlıq, alicənablıq, xeyirxahlıq və təmənnasızlıq! Bu insanı xarakterizə edən əsas keyfiyyətlərdir. Dostların hər çağrışına qayğı və həssaslıqla yanaşan bu şəxs ən xoş sözlərə layiqdir. Böyük ustad Səməd Vurğunun dediyi, Arxalıya dayaq olma, deyərlər ki, yamaqdır, Arxasıza dayaq ol ki, qoy desinlər dayaqdır! Sözləri Rasim Mirzəyevin həyat kredosudur desək yanılmarıq.

Mənsəb və vəzifə onun üçün insanlara, xalqına , vətəninə xidmət göstərmək, yaxşılıq etmək, üçün bir vasitə olduğunu onu tanıyanlar hər biri təsdiq edər. İctimai həyatda hər kəsin böyük ürəklə ərk etdiyi ürək qızdırıb bölüşdüyü simadır Rasim Mirzəyev. Dostların ərk yeridir. O siyasi əqidəsinə və Azərbaycan idealına sadiq bir şəxsiyyətdir. Onun siyasi əqidəsi fərqli siyasi görüşdə olan şəxslərlə pataloji münasibətlər bəsləməsinə deyil siyasi fikir pluralizminə yol açan bir keyfiyyətə çevrilir.

Onun üçün vətən anlayışı hər şeydən öncə gəlir. Rasim Mirzəyev milli vətənpərvərlik nümunəsi olan şəxslərə necə həssas yanaşdığını dəfələrlə şahidi olmuşam. Onun əsas etalonu milli vətənpərvərlikdir. O insanlara qiymət verəkən bu meyarı hər şeydən üstün tutur. Vaxtı ilə peşəkar əlbəyaxa döyüşçüsü kimi kifayət qədər göstəricilər qazanmış Rasim Mirzəyev sonradan xidməti işi ilə bağlı peşəkar idmandan bir az aralı düşüb.

İctimai xadim, dövlət məmuru kimi ən yüksək mukafatlara və ən xoş sözlərə layiq bir insandır Rasim Mirzəyev! Bu məqalə Rasim Mirzəyevin yüksək kefiyyətlərini bütünlükdə ifadə etməsədə onun ad gününə kiçik bir hədiyyədir. Ad gününüz mübarək Rasim müəllim!

Səməd Vəkilov

 

Hüquqşünas



Xəbər 2676 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +