Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib


27.03.2025  13:02 

Nizamidə bayramı fürsət bilənlər... - Məktəb ərazisində tikinti başladı





A+  A-

“Bakının Nizami rayonunda əvvəllər məktəbin ərazisinə daxil olan ərazilər indi sahibkarlıq subyektlərinin istifadəsinə verilib. Belə ki, rayonun Qara Qarayev prospektində yerləşən 61 nömrəli orta məktəbin ərazisi avtoyuma və təmir məntəqələri tərəfindən özəlləşdirilib. Bayram tətilindən istifadə edən sahibkarlardan biri ərazini hasarlayıb və yeni avtoyuma məntəqəsi tikmək niyyətinə düşüb”.

XəzərNews.az xəbər verir ki, “Avtosfer.az”da dərc edilən bu şikayətdə qanunsuz tikintinin məhz bayram tətili günlərində həyata keçirildiyi xüsusi qeyd olunur: “Martın 20-dən etibarən tikinti işləri gecə-gündüz davam etdirilir. Vətəndaşlar həm tikintinin qanunsuz olmasından, həm də gecə saatlarında gizli şəkildə aparılmasından və bu zaman səs-küy yaranmasından şikayət edir. Məsələ ilə bağlı Nizami Rayon İcra Hakimiyyətindən bildirildi ki, araşdırma aparılacaq və hansısa qanunazidd əməl aşkarlandıqda müvafiq tədbirlər görüləcək”.

Əlbəttə ki, heç bir araşdırma aparılmayacaq və heç bir qanuna müvafiq tədbir də görülməyəcək! Çünki böyük ehtimalla hər şey əvvəlcədən Nizami Rayon İcra Hakimiyyəti ilə “razılaşdırılıb və necə lazımdır həll olunub”.

Məsələ ondadır ki, Azərbaycanda uzun illərdir bayram günlərində sanki oğurluq edilirmiş kimi, tez-tələsik qanunsuz tikintilərin aparılması təcrübəsindən geniş istifadə olunur. Adətən İcra Hakimiyyəti ilə “qarşlıqlı razılaşma” əsasında sahibkara qanunsuz tikinti üçün qiyabi icazə verilir. Daha doğrusu, buna İcra Hakimiyyəti tərəfindən “göz yumulur”. Bu “proses” məhz bayram günlərinə o səbəbdən salınır ki, həmin günlərdə dövlət orqanları çalışmır və deməli, guya İcra Hakimiyyətinin də bu səbəbdən qanunsuz tikintidən xəbəri olmayıb. Rəsmi iş günləri başlayanda isə obyekt artıq tikilib hazır vəziyyətə gətirilmiş olur. Başqa vaxt daşı daş üstünə qoymağa imkan verməyən İcra Hakimiyyəti də ya deyir ki, artıq heç nə edə bilmərik, ya da bu halda olduğu kimi, “araşdırma aparılacağına” söz verir. Söz də elə söz olaraq qalır. Nəticədə, həmişəki kimi, pulunu verib icazə alan istədiyini zəbt edir, tikir, verməyən tikmir…



Qeyd edək ki, hazırda Nizami rayonunun icra başçısı 2022-ci ildə bu vəzifəyə təyin olunan Coşqun Cəbrayılovdur. O, həmin vaxta qədər Bakı Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri olub. Daha əvvəl isə Səbail rayonu və Sumqayıt Şəhər İcra Hakimiyyətində Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsini tutub. Yəni, belə işlərdə kifayət qədər “təcrübəsi” var. Kimə nə vaxt, necə və neçəyə “göz yummaq” lazım olduğunu da yəqin ki, çox gözəl bilir. Odur ki, belə rayon rəhbərləri üçün xüsusilə də uzunmüddətli bayram tətilləri lap göydəndüşmə fürsət olur. Nəzərə alsaq ki, budəfəki bayram tətili 12 gün davam edəcək, rayon ərazisində nə qədər qanunsuz tikintiyə göz yumulduğunu təsəvvür etmək çətin olmaz.

Təbii ki, Nizami icra Hakimiyyəti bu və buna bənzər tikintilərdən xəbərsiz olduğunu, bunu görmədiyini deyə bilər. Görmürdüsə, indi görsün, buyurub araşdırma aparsın və qanunsuz tikintini dayandırsın. Ya da elan etsin ki, Nizami rayonunda qanunsuz tikililər üçün “bayram fürsəti davam edir!”./Poliqon.info

Xəbər 697 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +