Tikinti sektorunda Təhməzlilər imperiyası...
Ukrayna PUA-ları Bryanskı hədəf aldı: 18 ev yandı
Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?


15.11.2017  09:56 

İTV-dən etiraz məktubu - “Təxribat olacaq”





A+  A-

İctimai Televiziya və Radio Yayımları Şirkəti Avropa Yayım Birliyinin Baş direktoru Noel Kerrana məktub ünvanlayıb.
XəzərNews.az-ın məlumatına görə, məktubda qeyd edilib ki, Ermənistan təmsilçisi Mişa Qriqoryanın Gürcüstanda keçiriləcək “Uşaq Avrovizya-2017” mahnı müsabiqəsində siyasi təxribata yol verəcəyi haqqında əldə olunan məlumatlar torpaqlarının 20 faizi Ermənistanın işğalı altında olan Azərbaycanda böyük narahatlıq doğurub.

“İctimai Televiziya və Radio Yayımları Şirkəti bəyan edir ki, Mişa Qriqoryanın Xankəndi əsilli olmasını bəhanə edərək, qondarma “DQR”-ə məxsus bayrağı nümayiş etdirməsi və “Artsaxın səsi” adı altında musiqi qrupunun üzvü olduğunu vurğulaması yolverilməzdir.

İnanmaq istərdik ki, siyasi oyunlardan uzaq olduğunu dəfələrlə və israrla bəyan edən Avropa Yayım Birliyi bu həssas məsələdə Azərbaycanın mövqeyini anlayışla qarşılayacaq, siyasi təxribatın qarşısını qətiyyətlə alacaq, bütün Avropanın nəzərlərinin dikildiyi səhnədə uşaqların separatizmin qurbanına və siyasi oyunbazların alətinə çevrilməsinə imkan verməyəcək.

Hesab edirik ki, “Uşaq Avrovizya-2017” mahnı müsabiqəsi musiqi meydanıdır və bu möhtəşəm tədbir bütün dünyadakı uşaqlara sevinc gətirməli, xoş anlar bəxş etməlidir”.

Xəbər 1280 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...


BÜTÜN XƏBƏRLƏR +