İspəndiyarın “Hollywood”u...
Eldar Əzizovu söysək də, onun səlahiyyəti yoxdur - Hafiz Hacıyev
Orxan Fikrətoğlu nazirin müşaviri təyin olundu
Aktrisa 81 yaşlı ərindən yaşına görə boşanır
Kurskdakı PUA meydanı vuruldu
Ruslar Pokrovskdan tədricən geri çəkilirlər
Rüşvətlə sertifikat verənlərlə bağlı... - Qərar
“Abi” hotelinin fəaliyyəti dayandırılıb
Sabahın havası: 27 dərəcə isti olacağı gözlənilir
Ermənistan baş naziri referendum kampaniyası aparır - Şərh


23.11.2017  14:27 

İlham Əliyev NATO-nun baş katibi ilə görüşdü





A+  A-

Belçika Krallığında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də NATO-nun baş katibi Yens Stoltenberqin dəvəti ilə Alyansın mənzil-qərargahına gəlib.
XəzərNews.az Azərtac-a istinadən xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq dövlətimizin başçısı İlham Əliyevi qarşılayıb.

Rəsmi foto çəkdirildikdən sonra Prezident İlham Əliyevin və NATO-nun baş katibi Yens Stoltenberqin görüşü olub.

"Azərbaycan və NATO arasında yaxşı əməkdaşlıq tarixi var".

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə NATO-nun mənzil-qərargahında Alyansın baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında deyib.

Yens Stoltenberql isə bildidib ki, NATO Azərbaycana Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasına davamlı dəstəyinə görə minnətdardır.

Baş katib qeyd edib: "Bu gün biz uzunmüddətli əməkdaşlığımızı müzakirə etdik. Biz Azərbaycana Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyası çərçivəsində Əfqanıstan milli təhlükəsizlik qüvvələrinə hərbi qüvvə, nəqliyyat və maliyyə yardımına görə minnətdarıq".

Xəbər 1726 dəfə oxunub.




21.04.2025  17:41 

Kurskdakı PUA meydanı vuruldu

21.04.2025  13:03 

Tərtərdə yeniyetmə intihar edib

21.04.2025  12:25 

FTX Simferopol sakinini saxladı


BÜTÜN XƏBƏRLƏR +