“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


24.06.2022  15:10 

Vüqar Behbudov vətəndaş qəbulu keçirib





A+  A-

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov növbəti vətəndaş qəbulunu Qəbələdə keçirib.

XəzərNews.az xəbər verir ki, qəbulda Qəbələ və İsmayıllı rayonlarının sakinləri iştirak edib. Vətəndaş qəbulu zamanı 20-yə yaxın müraciətçi fərdi ev, avtomobil təminatı, səyyar sosial xidmətin təşkili, sanatoriya-kurort yollayışları ilə təminat və digər məsələlərlə bağlı müraciətlərini bildirib. Müraciət edilən məsələlərlə bağlı yerindəcə araşdırma aparılıb, əlavə araşdırma tələb edən müraciətlər qeydiyyata alınıb. Agentliyin səlahiyyətlərinə aid olmayan, eləcə də sorğu xarakterli müraciətlərlə bağlı vətəndaşlara müvafiq izahatlar verilib.

Agentlik sədri müraciətlərin aidiyyəti üzrə araşdırılması və qanunvericiliyin tələblərinə uyğun olaraq həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Qəbullar vətəndaşların mövcud müraciətlərini yerində araşdıraraq həll edilməsinə dəstək göstərmək məqsədilə həyata keçirilir. Bu ilin may ayından etibarən başlanan qəbul prosesi ərzində Xaçmaz, Gəncə, Sabirabad, Kürdəmir, Naftalan, Yevlax, Cəlilabad və Qəbələ rayonlarında ümumilikdə 20 rayonun sakinləri üçün qəbullar keçirilib. Bu qəbullarda 300-ə yaxın sakinin müraciəti dinlənilib.

Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediliblər.

Vətəndaşlar Agentliyin fəaliyyət istiqamətləri ilə bağlı müraciətlərini həmçinin (012) 525-41-30 telefon nömrəsinə və 116123 “Qayğı” Çağrı Mərkəzinə zəng edərək, [email protected] elektron poçt ünvanına məktub göndərərək, yerli filiala yaxınlaşaraq, o cümlədən Agentliyin sosial şəbəkə hesabları vasitəsilə ünvanlaya bilərlər.

Xəbər 1505 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +