“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


21.12.2020  11:21 

Artıq bu abituriyentlər də elektron arayış əldə edə bilərlər





A+  A-

Məlum olduğu kimi, 2019-cu ildən etibarən Dövlət İmtahan Mərkəzi bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə imtahan verən abituriyentlərin “Şəxsi kabinet”lərinə yeni elektron xidmət inteqrasiya edib. Bu xidmət vasitəsilə abituriyentlər 2020-ci və 2019-cu ildə iştirak etdikləri birinci və ikinci mərhələ üzrə qəbul imtahanlarında topladıqları ballar, həmçinin ümumi balları haqqında məlumatı vahid arayış şəklində əldə etmək imkanına malik idilər.
XəzərNews.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi tərəfindən istifadəçilərin sorğusuna əsasən məlumatların axtarılmasına və əldə edilməsinə sərf olunan vaxtın maksimum azaldılması, məlumatın sərbəst əldə edilməsinin təmin olunması, eləcə də koronavirus pandemiyası ilə əlaqədar ölkədə və dünyada tətbiq olunan məhdudiyyətlər nəzərə alınaraq bu xidmətin imkanları daha da genişləndirilib. Belə ki, artıq 2018-ci və 2017-ci illərdə qəbul imtahanı verən abituriyentlər də qeyd olunan elektron xidmət vasitəsilə nəticələri haqqında arayış əldə edə bilərlər.

Hər bir arayışda qeyd olunan məlumatlarla yanaşı “unikal kod” da verilir. Arayışda göstərilən “unikal kod” vasitəsilə həmin arayışın həqiqiliyini yoxlamaq mümkündür.

İmtahan nəticələri ilə bağlı arayışı tələb edən təşkilatlar hər bir arayışın üzərində olan “unikal kod”u aşağıdakı linkdə müvafiq xanaya daxil etməklə məlumatların həqiqiliyini elektron qaydada özləri yoxlaya bilərlər.

Xidmətə keçid linkinin ünvanı təqdim olunan arayışda, həmçinin DİM-in saytının baş səhifəsində aktiv banerlər siyahısında yer alır.

Xəbər 1819 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +