“Artıq kifayətdir“ - Egede Trampa səsləndi
Ukrayna pilotsuz aparatlarla Moskvaya hücum edib
15 yaşlı qızı qaçıran şəxsin kimliyi məlum olub
“Boranı“ restoranında yanğın söndürülüb
Gənc şair Həsən Kürdən xəbər var
Rusiya 30 günlük atəşkəs təklifi ilə razı deyil
Tanınmış jurnalist Firuz Haşımov vəfat edib
Yevlaxda intihar hadisəsi olub
Sabah gündüz 26° isti olacaq
“Pulları onlardan alıb ciblərinə qoyurlar” - Əliyev


05.02.2024  11:59 

Cristiano Ronaldonun doğum günüdür





A+  A-

Bu gün ulduz futbolçu, Portuqaliya millisinin və "Əl-Nəsr"in üzvü Kriştiano Ronaldonun doğum günüdür.

Xəzərnews.az xəbər verir ki, forvardın 39 yaşı tamam olur.

Kriştiano Ronaldo peşəkar karyerasına Portuqaliya “Sportinq”ində başlayıb. Burada “Mançester Yunayted”lə yoldaşlıq görüşü zamanı həmin vaxt “qırmızı şeytanlar”ın baş məşqçisi olan Aleks Ferqyusonun diqqətini cəlb edib. Bir müddət sonra - 2006-cı ildə Ronaldo "Mançester Yunayted"ə keçib. 2009-cu ildə isə hücumçu "Real"a transfer olunub. Onun ən əhəmiyyətli və diqqət çəkən nailiyyətləri İspaniya klubundakı karyerası ilə bağlıdır. Ronaldo 2018-ci ildə "Real"la vidalaşaraq "Yuventus"a qatılıb. 2021-ci ildə "Mançester Yunayted"ə qayıdan Ronaldo 2022-ci ilin noyabr ayında baş məşqçi Erik ten Haq ilə münaqişə səbəbindən klubdan ayrılıb. Futbolçu həmin ilin dekabr ayının 30-da Səudiyyə Ərəbistanı "Əl-Nəsr"inə keçib və hazırda da bu komandada çıxış edir.

Kriştiano 2003-cü ildən Portuqaliya millisinin üzvüdür.

Xəbər 1265 dəfə oxunub.



13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +