Yasamalda səkilər də satılır - Foto
Yasamalda səkilər də satılır - Foto
“Artıq kifayətdir“ - Egede Trampa səsləndi
Ukrayna pilotsuz aparatlarla Moskvaya hücum edib
15 yaşlı qızı qaçıran şəxsin kimliyi məlum olub
“Boranı“ restoranında yanğın söndürülüb
Gənc şair Həsən Kürdən xəbər var
Rusiya 30 günlük atəşkəs təklifi ilə razı deyil
Tanınmış jurnalist Firuz Haşımov vəfat edib
Yevlaxda intihar hadisəsi olub


21.06.2023  18:47 

Nar yeniyetmələrin boks təliminə dəstək olur





A+  A-

Nar yeniyetmələr arasında sağlam həyat tərzinin təbliğinə boks təlimləri ilə davam edir.

Layihənin öncəki illərdəki uğurlarına əsaslanan “Nar”, bu dəfə 25 yeniyetmənin peşəkar təlim üçün bütün lazımi boks ləvazimatları ilə təchiz olunaraq təlimlərdə iştirak etmələrinə imkan yaradıb.

“Baku Fight Lab”la əməkdaşlıq çərçivəsində uşaq evlərindən və aztəminatlı ailələrdən olan bu gənclərə dünya, Avropa və olimpiya çempionlarının məşqçiləri təlim keçəcək.

Narın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov bu təlimlər vasitəsilə onlara peşəkar boksda uğurlu karyera qurmaq üçün əvəzolunmaz şans verildiyini qeyd edib: "Yeniyetmələrin fiziki rifahına sərmayə qoymaqla Nar olaraq, boks rinqini aşan və onların həyatına müsbət təsir göstərən nizam-intizam, əzmkarlıq və möhkəmlik kimi dəyərləri aşılamağı hədəfləyirik, ümid edirik ki, gələcəkdə bu gəncləri dünya, Avropa və olimpiya çempionu kimi görəcəyik”.

Nar sosial məsuliyyətli şirkət olaraq, diqqəti uşaq evləri və aztəminatlı ailələrdən olan yeniyetmələrə yönəltməklə, onların sağlam həyat tərzini mənimsəmələri üçün geniş imkanlar yaradır. Mobil operatorun həyata keçirdiyi digər sosial layihələrlə nar.az/projects vasitəsilə tanış ola bilərsiniz.

Nar hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. Nar son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.



Xəbər 3076 dəfə oxunub.



13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +