Gənc şair Həsən Kürdən xəbər var
Rusiya 30 günlük atəşkəs təklifi ilə razı deyil
Tanınmış jurnalist Firuz Haşımov vəfat edib
Yevlaxda intihar hadisəsi olub
Sabah gündüz 26° isti olacaq
“Pulları onlardan alıb ciblərinə qoyurlar” - Əliyev
45 yaşlı kişi özünü surət qatarının altına atıb
Mövlud Çavuşoğlu Bakı forumundan danışdı
Prezident Bakı Forumunda iştirak edir
Azərbaycanda bir çox klinika bağlanacaq


29.05.2022  09:44 

“Real Madrid“ qalib oldu - Foto





A+  A-

Mayın 28-də futbol üzrə UEFA Çempionlar Liqasının final oyunu keçirilib.

XəzərNews.az xəbər verir ki, Fransanın paytaxtı Parisdəki “Stad de Frans” stadionunda oynanılan matçda “Liverpul” və “Real Madrid" komandaları qarşılaşıblar.

Oyunun birinci hissəsində hesab açılmayıb.

Matçın 59-cu dəqiqəsində Federiko Valverdenin cinah ötürməsindən sonra Vinisius Junior hesabı açıb -1:0. Oyunda başqa qol olmayıb.

Beləliklə, Karlo Ançelottinin yetirmələri minimal hesablı qələbə qazanaraq 14-cü dəfə Çempionlar Liqasının qalibi olublar.

Qeyd edək ki, komandalar qitənin ən nüfuzlu klub turnirində bu oyunadək 8 dəfə üz-üzə gəlmişdilər. Bunların 4-də “Real Madrid”, 3-də isə “Liverpul” qələbə qazanmış, bir görüş heç-heçə başa çatmışdı. Qolların nisbətində də Madrid təmsilçisinin üstünlüyü var idi - 10:8.

Bunadək 13 dəfə Çempionlar Liqasının qalibi olan Madrid təmsilçisi hazırda turnirin ən titullu klubudur. Hazırda Yürgen Kloppun baş məşqçisi olduğu komanda isə Çempionlar Liqasının finalında 6 dəfə qələbə sevinci yaşayıb.

Bununla da Avropada 2021-2022-ci il futbol mövsümünə yekun vurulub.

Xəbər 2210 dəfə oxunub.



13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +