Gənc şair Həsən Kürdən xəbər var
Rusiya 30 günlük atəşkəs təklifi ilə razı deyil
Tanınmış jurnalist Firuz Haşımov vəfat edib
Yevlaxda intihar hadisəsi olub
Sabah gündüz 26° isti olacaq
“Pulları onlardan alıb ciblərinə qoyurlar” - Əliyev
45 yaşlı kişi özünü surət qatarının altına atıb
Mövlud Çavuşoğlu Bakı forumundan danışdı
Prezident Bakı Forumunda iştirak edir
Azərbaycanda bir çox klinika bağlanacaq


28.03.2022  10:34 

Güləşçilərimizinin Avropa çempionatında ilk rəqibləri - Adlar





A+  A-

Bu gün Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatına start veriləcək.

XəzərNews.az xəbər verir ki, qitə birinciliyinin ilk 3 günündə sərbəst güləş üzrə mübarizə baş tutacaq. Bu növdə ölkəmizi təmsil edəcək idmançıların rəqibləri müəyyənləşib. Belə ki, Əliabbas Rzazadə (57 kq) təsnifat mərhələsində ispaniyalı Levan Metreveliylə qarşılaşacaq.

İslam Bazarqanov (61 kq) ilk görüşdə almaniyalı Viktor Lizenlə üz-üzə gələcək. Yarışın reytinq favoriti olan Hacı Əliyev (65 kq) mübarizəyə dörddəbir finaldan qoşulacaq. Millimizin liderinin bu mərhələdə rəqibi Munir Aktaş (Türkiyə) - Kuentin Stiker (Fransa) görüşünün qalibi olacaq.

Zirəddin Bayramov (70 kq) səkkizdəbir finalda Macarıstan təmsilçisi Daniel Antalla münasibətləri aydınlaşdıracaq. Turan Bayramov (74 kq) səkkizdəbir finalda bolqarıstanlı Ali Umarpaşayevlə gücünü sınayacaq. Əşrəf Aşırov (79 kq) ilk mərhələdə bolqar Miroslav Kirovu sınağa çəkəcək.

Abubakr Abakarov (86 kq) səkkizdəbir finalda moldovalı Denis Balaurla qarşılaşacaq. Osman Nurmaqomedov (92 kq) yarışa dörddəbir finaldan start verəcək. Onun ilk rəqibi Simyone Yannattoni (İtaliya) - Radoslav Marçinkieviç (Polşa) cütünün qalibi olacaq. Maqomedxan Maqomedov (97 kq) təsnifat mərhələsində litvalı Lukas Krasauskasa qalib gəlməyə çalışacaq. Aydın Əhmədov (125 kq) debütdə albaniyalı Paris Karepi ilə qarşılaşacaq.

Qeyd edək ki, bu gün 57, 65, 70, 79 və 97, sabah isə 61, 74, 86, 92 və 125 kiloqram çəki dərəcələrində çıxış edən güləşçilər mübarizəyə başlayacaqlar. Görüşlər hər gün Bakı vaxtı ilə saat 13:30-da start götürəcək.

Xəbər 7582 dəfə oxunub.



13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +