Gənc şair Həsən Kürdən xəbər var
Rusiya 30 günlük atəşkəs təklifi ilə razı deyil
Tanınmış jurnalist Firuz Haşımov vəfat edib
Yevlaxda intihar hadisəsi olub
Sabah gündüz 26° isti olacaq
“Pulları onlardan alıb ciblərinə qoyurlar” - Əliyev
45 yaşlı kişi özünü surət qatarının altına atıb
Mövlud Çavuşoğlu Bakı forumundan danışdı
Prezident Bakı Forumunda iştirak edir
Azərbaycanda bir çox klinika bağlanacaq


04.03.2019  14:38 

“Bundan imtina edən klub 100 min cərimələnəcək”





A+  A-

“Bəzi məsələləri müzakirə etdik. Bölgələrdə futbolla bağlı danışıqlar apardıq. Qərara əsasən, Tovuzda yeni futbol akademiyası açılacaq. Maliyyə məsələsi ilə bağlı FIFA və UEFA ilə danışıqlarımız olacaq. Çalışacağıq ki, vəsaitin bir hissəsini FİFA və UEFA öhdəsinə götürsün. Bu işi yaxın zamanlarda icra etməyə çalışacağıq”.
XəzərNews.az xəbər verir ki, bunu AFFA-nın baş katibi Elxan Məmmədov İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

Qurum rəsmisi I Divizionda çıxış edən Premyer Liqa klublarının əvəzedici komandalarına 50 min manat vəsait ayıracaqlarını deyib. Bundan imtina edən klub isə 100 min manat cərimələnəcək: “Ötən il əvəzedici komandalarla bağlı qərarlar qəbul olunmuşdu, onlar birinci divizionda iştirak edirdilər. Həmin qərarla bağlı dəyişikliklər ola bilər. Əvəzedici komandalara AFFA 50 min manat maliyyə vəsaiti ödəyəcək. İmtina edənlər isə 100 min manat cərimələnəcəklər”.

Məmmədov iclasda VAR-la (Video Assistant Referee) bağlı müzakirələr aparıldığını da bildirib: “İcraiyyə Komitəsinin qərarına əsasən, katibliyə və hakimlər komitəsinə tapşırıq verildi ki, hazırlıq işləri aparılsın. İstəsək belə, növbəti mövsümə VAR-ı tətbiq etmək mümkün deyil. Çünki minimum 10 aylıq hazırlıq müddəti var və sonra təlimlər təşkil etməliyik”.

Xəbər 1468 dəfə oxunub.



13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +