Gənc şair Həsən Kürdən xəbər var
Rusiya 30 günlük atəşkəs təklifi ilə razı deyil
Tanınmış jurnalist Firuz Haşımov vəfat edib
Yevlaxda intihar hadisəsi olub
Sabah gündüz 26° isti olacaq
“Pulları onlardan alıb ciblərinə qoyurlar” - Əliyev
45 yaşlı kişi özünü surət qatarının altına atıb
Mövlud Çavuşoğlu Bakı forumundan danışdı
Prezident Bakı Forumunda iştirak edir
Azərbaycanda bir çox klinika bağlanacaq


18.05.2018  09:05 

Avtomobillərin gömrük nəzarəti qaydaları dəyişib





A+  A-

Nazirlər Kabineti “Gömrük nəzarətinin həyata keçirilməsi Qaydaları”nda dəyişiklik edib.
XəzərNews.az xəbər verir ki, qüvvədə olan Qaydalara əsasən nəqliyyat vasitələri gömrük nəzarəti zonasına faktiki daxil olmazdan əvvəl gömrük orqanlarında ilkin məlumatların qeydiyyatının aparılması məqsədi ilə fiziki və ya hüquqi şəxslər tərəfindən Gömrük Məcəlləsində nəzərdə tutulmuş qaydada mallara və nəqliyyat vasitələrinə dair ilkin məlumatlar təqdim oluna bilərdi.

Dəyişikliyə əsasən isə bundan sonra nəqliyyat vasitələri gömrük nəzarəti zonasına faktiki daxil olmazdan əvvəl gömrük orqanlarında ilkin məlumatların qeydiyyatının aparılması məqsədi ilə fiziki və ya hüquqi şəxslər tərəfindən Gömrük Məcəlləsində nəzərdə tutulmuş məlumatlar təqdim edilməlidir.

Artıq mütləq qaydada təqdim edilməli olan məlumatlar isə aşağıdakılardır:

- nəqliyyat vasitəsinin gömrük ərazisinə gözlənilən daxilolma vaxtı;
- nəqliyyat vasitəsinin hərəkət istiqamətləri və marşrutları;
- nəqliyyat vasitəsinin heyəti və sərnişinləri;
- təyinatından və gətirilmə məqsədlərindən asılı olmayaraq, gömrük ərazisində boşaldılacaq yük;
-. mövcud olduqda, gömrük ərazisində boşaldılması nəzərdə tutulmayan yük;
- nəqliyyat vasitəsinin daxil olacağı gömrük sahəsi.

Qeyd edək ki, Nazirlər Kabineti “Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 962-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 yanvar tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə belə bir qərar qəbul edib.

Gömrük Məcəlləsinə edilən həmin dəyişiklikdə də yuxarıda qeyd olunan məlumatların mütləq gömrük ərazisinə daxil olması nəzərdə tutulan nəqliyyat vasitəsinə görə məsul şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və formada (o cümlədən, elektron formada) gömrük orqanlarına əvvəlcədən təqdim olunması əksini tapıb.

Xəbər 1575 dəfə oxunub.




13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +